Son dəqiqə

İsrail ordusu çətin vəziyyətdə? Yarım əsr əvvəlki sursatlardan istifadə edildiyi iddia olunur

Dünya

ABŞ, İsrail və İran arasında davam edən müharibə 24-cü günündə bütün şiddəti ilə sürərkən, İsrail mediasında yayılan məlumat geniş rezonans doğurub.

Çağdaş.Az bildirir ki, İsrailin dövlət televiziya kanalı “KAN”ın xəbərinə görə, İsrail ordusu İrandakı hərbi bazalara qarşı hücumlarda uzun illər – təxminən yarım əsrdir anbarlarda saxlanılan və dəqiqlik göstəricisi aşağı olan sursatlardan istifadə etməyə başlayıb.

Məlumatda qeyd olunur ki, ordunun bu addımı əsasən xərclərə qənaət etmək və köhnə ehtiyatları tükətmək məqsədi daşıyır.

Xatırladaq ki, İsrail və ABŞ, Tehranla Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda – fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.