Son dəqiqə

İsrail: Dimona və Aradı vuran İran raketləri “əlaqəsiz səhvlər” səbəbilə qarşısı alınmadan düşüb

Dünya

İsrail ordusu ölkənin cənubunda yerləşən Dimona və Arad şəhərlərinə düşən iki İran raketinin qarşısının “bir-biri ilə əlaqəsi olmayan səhvlər” səbəbindən alınmadığını açıqlayıb.

Çağdaş.Az-ın xəbərinə görə, rəsmi məlumatda bildirilir ki, İranın əvvəlki gün həyata keçirdiyi cavab hücumu zamanı hava hücumundan müdafiə sistemləri uğursuz nəticə göstərib. Açıqlamaya görə, iki saat fərqlə eyni geniş əraziyə düşən raketlərin qarşısının alınmaması “tamamilə təsadüf” kimi qiymətləndirilib.

Qeyd olunub ki, Dimona və Aradı vuran raketlər yüzlərlə kiloqram partlayıcı daşıyan adi (konvensional) döyüş başlıqları ilə təchiz olunub. Hava müdafiə sistemlərinin hər iki raketi hədəfə aldığı, lakin onları zərərsizləşdirə bilmədiyi bildirilib.

Bununla yanaşı, daha əvvəl eyni bölgəyə yönəlmiş iki raket hücumunun uğurla qarşısının alındığı qeyd edilərək, sistemdə ümumi və ya “sistematik” nasazlıq olmadığı vurğulanıb.