Son dəqiqə

Keçmiş ABŞ zabitindən etiraf: Məktəb qətliamı qəsdən törədilib, əsl terrorçu bizik

Dünya

ABŞ-ın keçmiş kəşfiyyat zabiti Cozefin Gilbo Vaşinqton rəhbərliyinin İranda baş verən mülki qırğınla bağlı həqiqətləri açıqlayıb. O bildirib ki, İranın Minab şəhərində yerləşən “Şecerətül Tayyibə” ibtidai məktəbinə edilən hücum peyk görüntüləri ilə təsdiqlənib. Gilbo vurğulayıb ki, 165 günahsız qız şagirdin həyatını itirdiyi bu əməliyyat qəsdən həyata keçirilib.

Çağdaş.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Gilbo deyib: “Bu hadisəyə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Əsl terrorçu bizik.” O qeyd edib ki, hücumda istifadə olunan “Tomahawk” raketləri hədəfin görüntüsünü anlıq ötürən kameralarla təchiz olunub və buna görə məktəbin səhvən vurulması mümkün deyil.

Keçmiş zabitin sözlərinə görə, hücumu həyata keçirən “USS Spruance” gəmisinin komandirləri heç bir araşdırmaya cəlb edilməyib, əksinə, sursat ehtiyatını yeniləyərək əməliyyatları davam etdiriblər.

Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərq üzrə keçmiş müşaviri Jasmin əl-Qamal bildirib ki, Prezident Donald Trampın sərt və aqressiv çıxışları “münaqişəni dayandırmaqda aciz qaldığını göstərir”.

Qeyd edək ki, ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı başladığı hücumlar zamanı ABŞ, İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Minab şəhərindəki “Şecerətül Tayyibə” ibtidai məktəbini raketlərlə hədəfə alıb. Bildirilir ki, təxminən 40 dəqiqə fasilə ilə iki dəfə vurulan məktəbdə 168-i şagird olmaqla 180-dən çox insan həyatını itirib.

Hadisə bir neçə gün sonra beynəlxalq mediada geniş tənqid olunub. ABŞ Senatında ötən il baş verən başqa bir hadisə zamanı da Gilbo və istefada olan “yaşıl berelilər”dən polkovnik-leytenant Entoni Agilar komitə üzvlərini “soyqırımda iştirak etməkdə” ittiham etmişdi. Hər iki şəxs həmin vaxt saxlanılmışdı.