Son dəqiqə

İran mediası: “Fatehin Birliyi”nin komandanı öldürülüb

Dünya

ABŞ və İsrailin hücumları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı “Fatehin Birliyi”nin komandanı Məhəmməd Əli Fəthəli Zadənin öldüyü bildirilir.

Çağdaş.Az xəbər verir ki, məlumata görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı adıçəkilən komandan həyatını itirib.

İran dövlət televiziyası Fəthəli Zadənin dünən öldüyünü açıqlayıb.

Onun harada öldürüldüyü ilə bağlı isə hələlik hər hansı rəsmi məlumat verilməyib.