Son dəqiqə

24 saatda 19 zərbə – Yaxın Şərqdə müharibə genişlənir?

Dünya

İraqda “İslami Müqavimət” adı altında fəaliyyət göstərən şiə silahlı qruplaşma son 24 saat ərzində ABŞ hərbi bazalarına qarşı 19 raket və pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirdiyini bəyan edib.

Çağdaş.Az-ın xəbərinə görə, qrupun yaydığı açıqlamada bildirilib ki, hücumlar həm İraq ərazisində, həm də regiondakı ABŞ mövqelərinə qarşı həyata keçirilib.

Məlumata görə, son 24 saat ərzində həyata keçirilən əməliyyatlar çərçivəsində ABŞ qüvvələrinə məxsus obyektlər PUA və raketlərlə hədəfə alınıb.

Hadisələr İran ilə ABŞ arasında artan gərginlik fonunda baş verir. Bildirilir ki, İsrail və ABŞ fevralın 28-də Tehran ilə danışıqlar davam etdiyi bir vaxtda İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Buna cavab olaraq İran da yalnız İsraili deyil, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən edilmiş hədəflərə zərbələr endirib.

Məlumatlarda həmçinin qeyd olunur ki, ABŞ–İsrail hücumları nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həlak olub.