ABŞ-ın dövlət katibi Marko Rubio İraqda oğurlanan amerikalı jurnalist Şelly Kittlesonun azad edildiyini təsdiqləyib.
Çağdaş.Az xəbər verir ki, Rubio sosial şəbəkədəki paylaşımında bildirib:
“İraqda, Bağdad yaxınlığında Kataib Hizbullah üzvləri tərəfindən oğurlanan amerikalı jurnalist Şelly Kittlesonun azad edildiyini məmnuniyyətlə elan edirəm.”
O əlavə edib ki, ABŞ Dövlət Departamenti jurnalistin İraqdan təhlükəsiz şəkildə ayrılmasına dəstək göstərmək üçün çalışır.
Daha əvvəl Kataib Hizbullah qruplaşması da Kittlesonun azad edildiyini açıqlamışdı.
Qeyd edək ki, ABŞ vətəndaşı olan jurnalist martın 31-də Bağdadın mərkəzində, qaldığı otelin yaxınlığında oğurlanmışdı. O, uzun müddət Bağdadda fəaliyyət göstərərək əsasən İraqdakı silahlı qruplaşmalar, ABŞ–İraq münasibətləri və regiondakı təhlükəsizlik məsələlərini işıqlandırıb.
Daha sonra ABŞ Dövlət Departamenti jurnalistin oğurlanması ilə bağlı məlumatları təsdiqləmişdi.


