İlon Mask bəzi ölkələrə səfərlərini diqqət çəkmədən, gizli şəkildə həyata keçirməyə üstünlük verir.
Çağdaş.Az xəbər verir ki, bu barədə onun atası, yüksək texnologiyalar və innovasiyalar üzrə beynəlxalq ekspert Errol Mask TASS agentliyinə müsahibəsində bildirib.
Errol Maskın sözlərinə görə, övladları bəzən diqqətdən yayınmaq üçün sanki “diplomatik toxunulmazlıq” şəraitində səyahət edirlər: “Xüsusilə İlon bunu edir ki, olduğu ölkədə diqqət çəkməsin.”
O qeyd edib ki, İlon Mask yaxın zamanda Cənubi Afrikaya səfər edib, lakin bu barədə demək olar ki, heç kim məlumatlı olmayıb: “O heç kim bilmədən gəlir və gedir. Əks halda çox suallar yaranır, həmçinin çalışdığı şirkətlərlə bağlı tənqidlər artır ki, guya vaxtını boşa sərf edir, işinə fokuslanmır.”
Errol Mask həmçinin bildirib ki, o, oğlu ilə son Rusiya səfəri barədə də danışıb. O əlavə edib: “Moskva kimi bir şəhərdə qalmaqda heç bir problem görmürəm.”


