Son dəqiqə

Rusiya-Ukrayna müharibəsində qısa fasilə başlayır – PUTİN QƏRAR VERDİ

Dünya

Rusiya Prezidenti Vladimir Putin tərəfindən elan edilən Pasxa atəşkəsi bu gün qüvvəyə minir.

Çağdaş.Az-ın məlumata görə, atəşkəs aprelin 11-i Moskva vaxtı ilə saat 16:00-dan (GMT ilə 13:00) başlayaraq aprelin 12-nin sonuna qədər davam edəcək.

Bundan əvvəl Kremlin mətbuat xidməti Putinin Pasxa atəşkəsi elan etdiyini açıqlamışdı. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin bu addıma eyni şəkildə cavab verməyə hazır olduğunu bildirmişdi.

Rusiya qoşunlarına bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmaq tapşırığı verilib. Bununla yanaşı, hərbçilərə mümkün hücumların qarşısını almaq üçün hazırlıqlı olmaq göstərişi də verilib.

Qeyd edək ki, 2025-ci ildə də Rusiya “xüsusi hərbi əməliyyat” zonasında Pasxa münasibətilə 3 gün davam edən atəşkəs elan etmişdi.