Son dəqiqə

Daxili işlər naziri Mustafa Çiftçi İran səfirini qəbul etdi

Dünya

Daxili işlər naziri Mustafa Çiftçi Mohammad Hassan Habibollah Zadeh ilə görüş keçirib. Görüşdə Türkiyə–İran münasibətləri və bölgədəki son inkişaflar müzakirə olunub.

Çağdaş.Az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin sosial media hesabından verilən məlumata görə, səfir nazirin iş otağında qəbul edilib. Görüş zamanı iki ölkə arasında köklü münasibətlər və ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, son günlər regionda artan gərginlik də müzakirə mövzusu olub. Tərəflər sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıblar.

Nazir Mustafa Çiftçi bildirib ki, Türkiyə ilə İran arasında əməkdaşlıq regional sabitliyin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın artırılması və ortaq məsələlər üzrə koordinasiyanın davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.