Marjorie Taylor Greene bildirib ki, İran ətrafında davam edən münaqişənin gündəlik xərci təxminən 2 milyard dollardır.
Çağdaş.Az xəbər verir ki, O, “X” sosial şəbəkəsində yazdığı paylaşımda qeyd edib: “Bu gün amerikalıların əksəriyyəti vergi ödəyir və hökumətimiz İranda müharibəyə gündə təxminən 2 milyard dollar xərcləyir. Benzin qiyməti orta hesabla 4 dollardan yuxarıdır və bir çox insan tibbi sığorta ala bilmir. Bu baş verməməli idi.”
Məlumata görə, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə ABŞ və İsraillə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib.
7 aprel tarixində Vaşinqton 2 həftəlik “ikitərəfli atəşkəs” elan edib. İran Səhiyyə Nazirliyinə görə, müharibənin 40 günü ərzində ABŞ–İsrail hücumlarında 3 375 nəfər həlak olub.
11 aprel tarixində tərəflər Pakistanın paytaxtı İslamabadda bir neçə raund danışıqlar aparsa da, uzunmüddətli razılaşma əldə olunmayıb.


