Son dəqiqə

İsrail Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib – ORDU

Dünya

İsrail Müdafiə Qüvvələri bildirib ki, HƏMAS təşkilatının üç komandiri, o cümlədən Qəzza şəhərində rabitə bölməsinin rəhbəri öldürülüb.

Çağdaş.Az xəbər verir ki, ordunun açıqlamasına görə, “İDF HƏMAS-ın rabitə bölməsinin bir komandirini zərərsizləşdirib. Daha bir zərbə nəticəsində istehsal bölməsinin iki komandiri də öldürülüb.”

İsrail tərəfi əməliyyat zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görüldüyünü bildirib. Qeyd olunub ki, “dəqiq silahlar və hava müşahidəsindən” istifadə edilib.