Son dəqiqə

İran ordusu: ABŞ quru əməliyyatı başlatsa, heç bir təcavüzkar sağ buraxılmayacaq

Dünya

Əmir Xatəmi ABŞ və İsrailin ölkəyə mümkün quru əməliyyatı həyata keçirməsi halında sərt cavab veriləcəyini bildirib.

Çağdaş.Az-ın xəbərinə görə, ordunun sözçüsü Mohammad Akraminianin açıqlamasına istinadən bildirilir ki, ordu rəhbərliyi tərəfindən “istənilən quru hücumu zamanı qəti tədbirlərin görülməsi” barədə əmr verilib.

Açıqlamada qeyd olunub: “Təcavüzkarların heç biri sağ qalmalı deyil.”

Daha əvvəl ABŞ rəsmisi “The Washington Post”a bildirib ki, Pentaqon atəşkəsin pozulacağı halda İrana qarşı əlavə zərbələr və ya mümkün quru əməliyyatlarını nəzərdən keçirir.

Məlumata görə, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə ABŞ və İsraillə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlayıb.

7 aprel tarixində Vaşinqton 2 həftəlik atəşkəs elan edib. İran Səhiyyə Nazirliyinə görə, 40 gün davam edən münaqişə zamanı 3 375 nəfər həlak olub.

11 aprel tarixində İslamabadda aparılan danışıqlarda tərəflər uzunmüddətli razılaşma əldə edə bilməyib.