• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.2° Weather Columbus
$
1.7
€
1.9935
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Kür çayında vəziyyət necədir? – RƏSMİ

27 Aprel, 26 / 10:34
A A

Mart ayının sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyun aylarında daha artıq su həcminin daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 aprel tarixindən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kbm, 17 aprel tarixindən isə 700 kbm suyun buraxılması qərara alınıb. Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri artmış, həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb, nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının subasma faktları qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

ADSEA-dan Çağdaş.Az-a verilən məlumata görə, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 aprel 2026-cı il tarixində keçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

24 aprel tarixindən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir.

Bənzər Xəbərlər

Gündəm

İşə qəbul zamanı bu sənəd də tələb olunacaq

Aprel 27, 2026
Gündəm

Paşinyan ŞAD XƏBƏRİ VERDİ: Yerasx-Naxçıvan dəmir yolu bu tarixdə AÇILACAQ

Aprel 22, 2026
Gündəm

7 iyundan sonra aqibəti bəlli olacaq

Aprel 21, 2026
Gündəm

Türkiyənin yeni qorxunc silahı – Azərbaycan da ona sahib olacaq?

Aprel 18, 2026
Gündəm

İrəvanda son savaş: Paşinyan üçün həlledici mərhələ

Aprel 17, 2026
Gündəm

Rolls-Royce yeni iki nəfərlik elektrik avtomobilini TƏQDİM ETDİ - FOTO

Aprel 15, 2026

XƏBƏR LENTİ

Bu cəzaçəkmə müəssisəsinin rəisi İŞDƏN ÇIXARILDI – FOTO

27 Aprel, 26 / 20:23

Nizami Kino Mərkəzinin direktoru işdən ÇIXDI

27 Aprel, 26 / 20:05

Bakı metrosundan memarın həyəcanlı sözlərinə RƏSMİ REAKSİYA

27 Aprel, 26 / 19:52

Bu yolda bütün zolaqlar üzrə sürət həddi ENDİRİLDİ

27 Aprel, 26 / 19:33

Plastik qablardan istifadə edənlərə bəd xəbər — Alimlər təsdiqlədi

27 Aprel, 26 / 19:16

“WhatsApp” bu smartfonlarda İŞLƏMƏYƏCƏK

27 Aprel, 26 / 18:55

İlham Əliyev: Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

27 Aprel, 26 / 18:37

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

27 Aprel, 26 / 18:23

Maaşlarla bağlı mühüm XƏBƏR

27 Aprel, 26 / 18:04

70 kq qızılla tutulmuşdu, cəzası BƏLLİ OLDU

27 Aprel, 26 / 17:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.