Son dəqiqə
Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada

Prezidentin qızları uşaq evi sosial xidmət müəssisəsində – FOTO

Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva aprelin 27-də Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Cagdas.az  xəbər verir ki, səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.

Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.(Metbuat.az)