Türkiyənin Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK) tərəfindən xaricdən gətirilmiş telefonlarla bağlı aparılan yoxlamalarda kritik mərhələyə daxil olunub. Türkiyədə qeydiyyatdan keçməmiş IMEI nömrəsinə malik cihazlar üçün verilən 120 günlük istifadə müddətinin bitməsinə son 24 saat qalıb.
1 may tarixindən etibarən müddəti bitən qeydiyyatsız telefonlar şəbəkədən kənarlaşdırılacaq. İstifadəçilər e-Devlet sistemi vasitəsilə IMEI sorğusu edərək cihazlarının qeydiyyat vəziyyətini yoxlaya bilərlər.
Referans Media Türkiyə mediasına istinadən xəbər verir ki, Xaricdən gətirilmiş telefonlarla bağlı BTK-nın nəzarəti davam edir. Ölkəyə daxil olduqdan sonra SIM kart vasitəsilə
siqnal aldığı müəyyən edilən və Türkiyədə qeydiyyata alınmayan IMEI-yə sahib cihazlar üçün nəzərdə tutulan 120 günlük qanuni istifadə müddəti başa çatır./ajans.az
















