• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Müəllimlərin DİQQƏTİNƏ: Saxta qiymət və saxta davamiyyətə son – Yeni nəzarət mexanizmləri nəyi dəyişəcək?

30 Aprel, 26 / 19:45
A A

Azərbaycanda təhsil sistemində rəqəmsallaşma sürətlə genişlənir. Elektron jurnal və “Rəqəmsal məktəb” kimi platformaların tətbiqi müəllim, şagird və valideyn arasında əlaqəni asanlaşdırsa da, bəzi hallarda bu sistemlərdən istifadə zamanı yaranan problemlər diqqət çəkir. Xüsusilə İKT bacarıqları zəif olan müəllimlərin çətinlik yaşaması və məlumatların üçüncü şəxslər tərəfindən daxil edilməsi həm texniki, həm də təhlükəsizlik baxımından risklər yaradır.

image-whatsapp-image-2026-04-22-at-14-23-08Cagdas.az xəbər veriri ki Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, Azərbaycanda məktəblərdə rəqəmsallaşma sürətlə gedir və bu sistemlər ümumilikdə faydalıdır. Lakin hamının bu platformalara eyni səviyyədə hazır olmadığını qeyd edən mütəxəssis vurğulayıb ki, xüsusilə kompüter bacarıqları zəif olan bəzi müəllimlər istifadə zamanı çətinlik çəkir.

Onun sözlərinə görə, bəzi hallarda müəllimlər sistemi düzgün istifadə edə bilmədikləri üçün başqalarından kömək istəyir və öz login-şifrələrini üçüncü şəxslərlə paylaşırlar: “Hətta qiymət və davamiyyət məlumatlarını da həmin şəxslər sistemə daxil edir. Bu, sadə görünsə də, əslində ciddi riskdir”.

İT mütəxəssisi qeyd edib ki, bu cür hallarda üçüncü şəxs məlumatları dəyişə, silə və ya səhv daxil edə bilər: “Sonradan kimin nə etdiyini sübut etmək çətinləşir. Bu isə həm müəllimin nüfuzuna, həm də şagirdin qiymətləndirilməsinə mənfi təsir göstərir”.

Problemin həlli yollarına toxunan Kamran Əsədullayev bildirib ki, ilk növbədə müəllimlər üçün sadə və praktik təlimlər təşkil olunmalıdır: “Uzun və mürəkkəb təlimlər yox, qısa videolar, addım-addım izahlar və məktəbdaxili dəstək daha effektivdir. Eyni zamanda məktəblərdə İT mütəxəssisinin olması müəllimlər üçün ciddi köməkdir”.

Təhlükəsizlik məsələlərinə də diqqət çəkən mütəxəssis vurğulayıb ki, əsas qayda şifrələrin paylaşılmamasıdır. Bundan əlavə, sistemlərdə iki mərhələli giriş, edilən dəyişikliklərin qeydiyyatı və şübhəli hallarla bağlı xəbərdarlıq mexanizmləri tətbiq olunmalıdır.

O, həmçinin qiymətlərin səhv və ya bilərəkdən yanlış daxil edilməsi riskinə qarşı sistemdə əlavə nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini qeyd edib: “Qiymət dəyişiklikləri tarixçədə saxlanmalı, rəhbərlik tərəfindən izlənilməli və bəzi hallarda əlavə təsdiq tələb olunmalıdır”.

Sonda mütəxəssis bildirib ki, rəqəmsallaşma müsbət addımdır, lakin onun effektivliyi istifadəçilərin bilik və yanaşmasından asılıdır: “Müəllimlərə dəstək verilsə və təhlükəsizlik qaydalarına əməl olunsa, bu sistemlər daha faydalı olacaq”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda “plastik mühasirə”: Tullantılar hara gedir?

Aprel 30, 2026
Cəmiyyət

Geri sayım başladı: Minlərlə telefon 24 saat sonra şəbəkədən ayrılacaq

Aprel 30, 2026
Cəmiyyət

Ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsulları hansıdı?

Aprel 30, 2026
Cəmiyyət

Ən çox məhsul satdığımız ölkələr

Aprel 30, 2026
Cəmiyyət

Bu ölkə “Meta”, “Google” və “TikTok”a vergi tətbiq edəcək

Aprel 30, 2026
Cəmiyyət

Övladınız yoxdursa, əmlakınız kimə verilə bilər?

Aprel 30, 2026

XƏBƏR LENTİ

Göy üzündə möhtəşəm şou OLACAQ

30 Aprel, 26 / 23:46

Ən bahalı iPhone belə görünəcək

30 Aprel, 26 / 23:33

Azərbaycanda “plastik mühasirə”: Tullantılar hara gedir?

30 Aprel, 26 / 23:17

Geri sayım başladı: Minlərlə telefon 24 saat sonra şəbəkədən ayrılacaq

30 Aprel, 26 / 23:03

Ronaldo ilə Demiral arasında gərginlik: oyundan sonra ara qarışdı – VİDEO

30 Aprel, 26 / 22:48

Ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsulları hansıdı?

30 Aprel, 26 / 22:34

Ən çox məhsul satdığımız ölkələr

30 Aprel, 26 / 22:19

Bu ölkə “Meta”, “Google” və “TikTok”a vergi tətbiq edəcək

30 Aprel, 26 / 22:04

Övladınız yoxdursa, əmlakınız kimə verilə bilər?

30 Aprel, 26 / 21:49

Elşən Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

30 Aprel, 26 / 21:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.