• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

30 Aprel, 26 / 20:41
A A

Qafqazın bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş ekosistemi olan Bir, ictimai nəqliyyatda xarici emissiyalı bank kartları ilə təmassız əsaslı ödəniş (NFC) imkanını istifadəyə verib.

Cagdas.az  xəbər verir ki, yenilik Bakı və Abşeron ərazisində, həmçinin Xankəndi şəhərində fəaliyyət göstərən avtobus marşrutlarına, eyni zamanda Bakı metropoliteninə şamil edilir. Belə ki, artıq ölkəmizə gələn qonaqlar ictimai nəqliyyatda təmassız xarici bank kartları ilə birbaşa “tap & pay” (“toxun və ödə”) texnologiyası vasitəsilə ödəniş edə bilərlər. Bu həll yerli nəqliyyat kartlarına ehtiyacı, nağd valyuta mübadiləsini və əlavə qeydiyyat prosedurlarını tam şəkildə aradan qaldırır.

Nəqliyyatda ödəniş rahatlığı yeni mərhələyə keçdi

Müasir şəhərlərdə inteqrasiya olunmuş ödəniş sistemləri artıq yalnız rahatlıq elementi deyil, eyni zamanda əlçatanlıq, səmərəlilik və inklüzivliyi təmin edən fundamental infrastruktur komponentidir.

Bir ekosistemi Azərbaycanda daha ağıllı mobillik modelinin formalaşmasına töhfə verərək, “K Group” MMC (BakıKart) ilə strateji əməkdaşlıq çərçivəsində m10 rəqəmsal pul kisəsi vasitəsilə ölkədə ilk QR əsaslı ictimai nəqliyyat ödənişlərini tətbiq edərək, gündəlik hərəkətliliyə çeviklik və sürət qazandırıb.

Təqdim olunan xidməti daha da gücləndirərək, Birbank vasitəsilə mobillik strategiyasını genişləndirən Bir, Bakı metropoliteni və avtobuslarda NFC ödənişlərini aktivləşdirərək tam təmassız ictimai nəqliyyat təcrübəsini formalaşdırıb.

Bu sistemin əsas xüsusiyyəti onun qapalı ekosistem deyil, açıq infrastruktur modeli kimi dizayn olunmasıdır. Xidmət Birbank kartları ilə yanaşı, digər yerli bank kartlarını da əhatə edərək, şəhər miqyasında tam rəqəmsal ödəniş mühiti formalaşdırıb.

Sonuncu təqdim olunan yenilik – xarici bank kartları üçün NFC ödənişlərinin genişləndirilməsi isə bu strategiyanın növbəti mərhələsini təşkil edərək, xidməti yerli miqyasdan qlobal istifadə imkanlarına açır.

Bu, həmçinin ölkənin rəqəmsal transformasiyasına töhfə verərək, fintek texnologiyalarının ictimai infrastrukturu gücləndirməklə şəhər mobilliyini yeni səviyyəyə yüksəltməsinin göstəricisidir.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Otrafli malumat üçün: bir.az(metbuat.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda “plastik mühasirə”: Tullantılar hara gedir?

Aprel 30, 2026
Cəmiyyət

Geri sayım başladı: Minlərlə telefon 24 saat sonra şəbəkədən ayrılacaq

Aprel 30, 2026
Cəmiyyət

Ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsulları hansıdı?

Aprel 30, 2026
Cəmiyyət

Ən çox məhsul satdığımız ölkələr

Aprel 30, 2026
Cəmiyyət

Bu ölkə “Meta”, “Google” və “TikTok”a vergi tətbiq edəcək

Aprel 30, 2026
Cəmiyyət

Övladınız yoxdursa, əmlakınız kimə verilə bilər?

Aprel 30, 2026

XƏBƏR LENTİ

Göy üzündə möhtəşəm şou OLACAQ

30 Aprel, 26 / 23:46

Ən bahalı iPhone belə görünəcək

30 Aprel, 26 / 23:33

Azərbaycanda “plastik mühasirə”: Tullantılar hara gedir?

30 Aprel, 26 / 23:17

Geri sayım başladı: Minlərlə telefon 24 saat sonra şəbəkədən ayrılacaq

30 Aprel, 26 / 23:03

Ronaldo ilə Demiral arasında gərginlik: oyundan sonra ara qarışdı – VİDEO

30 Aprel, 26 / 22:48

Ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsulları hansıdı?

30 Aprel, 26 / 22:34

Ən çox məhsul satdığımız ölkələr

30 Aprel, 26 / 22:19

Bu ölkə “Meta”, “Google” və “TikTok”a vergi tətbiq edəcək

30 Aprel, 26 / 22:04

Övladınız yoxdursa, əmlakınız kimə verilə bilər?

30 Aprel, 26 / 21:49

Elşən Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

30 Aprel, 26 / 21:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.