İsrail ötən gün Livanın cənubundakı Hizbullahın 45 hədəfinə zərbə endirib.
Çağdaş.Az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda Hizbullah şiə hərəkatına məxsus 45 hərbi obyektə zərbələr endirdiyi barədə bəyanat yayıb.
Bəyanatda deyilir: “Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı bir neçə ərazidə Hizbullahın 45 hədəfinə zərbə endirib”.
Hədəflər komanda mərkəzləri, müşahidə postları, hərbi məqsədlər üçün istifadə edilən binalar və təxminən on silah anbarını əhatə edirdi.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri raket buraxıcılarını vurub və İsrail Müdafiə Qüvvələri qoşunlarına təhlükə yaradan terrorçuları məhv edib.
















