Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır.
Çağdaş.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, dünyada baş verən proseslər göstərir ki, bütün dünyanın ən çox ehtiyac duyduğu məsələ sülh və firavan yaşayışdır:
“Prezident İlham Əliyev Zəngilanda sakinlərlə görüşdü, oradan bütün dünyaya bir daha sülh mesajı verdi. Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycan regionda sülhün müəllifidir. Prezidentin sülh çağırışına media və insanlar böyük önəm verir. Azərbaycan dünyada sülh modeli yaradan dövlətdir”.
N.Məmmədli vurğulayıb ki, sülh təşəbbüslərində medianın da üzərinə böyük iş düşür:
“Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir”.
















