İspaniyalı keçmiş futbolçu Serxio Ramosun səhmdarı olduğu şirkət İspaniya La Liqasında çıxış edən “Sevilya” komandasını almaq üçün razılığa gəlib.
İspaniya futbolunun və “Real Madrid”in əfsanəvi simalarından biri olan Serxio Ramos aktiv futbolçu karyerasını başa vurduqdan sonra karyerasında yeni bir səhifə açır.
Ramos karyerasına başladığı və iki dəfə oynadığı Sevilla klubunu satın alır .
İspaniyanın “COPE” xəbər agentliyində yer alan xəbərə görə, Sevilla rəhbərliyi Serxio Ramosun səhmdarı olduğu “Five Eleven Capital” şirkəti ilə klubun satışı üçün razılığa gəlib və sövdələşmə notariat qaydasında təsdiqləndikdən sonra rəsmi olaraq başa çatacaq.
Ramosun səhmdarı olduğu şirkətin Sevilla Futbol Klubunun 80%-lik səhmi üçün 450 milyon avro ödəyəcəyi açıqlanıb.
Serxio Ramosun transfer prosesini sürətləndirmək üçün çox çalışdığı və danışıqlara mümkün qədər tez başlamağı hədəflədiyi bildirilib.
La Liqada “Real Sosyedad” və “Espanyol”a qarşı son iki oyunda qalib gələrək 6 xal qazanan və düşmə zonasından yuxarı qalxan “Sevilya” hələ də təhlükəsiz mövqedə deyil. 19-cu yerdə qərarlaşan “Levante”nin 36, 18-ci yerdə qərarlaşan “Alaves”in isə 37 xalı var.
Son üç matçında Villarreal, Real Madrid və Celta Vigo kimi güclü liqa komandaları ilə qarşılaşacaq Sevilla, aşağı liqaya düşməmək üçün bu oyunlardan ən azı üç xal qazanmağı hədəfləyir./Haberglobal/
















