Azərbaycanda minimum əməkhaqqının məbləğinin artırılması istiqamətində işlər davam etdiriləcək.
Cagdas.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ 2026-28-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb.
Sazişdə qeyd olunur ki, minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işlər davam etdiriləcək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstəriləcək.
















