Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

İki rayonda torpaq BAHALAŞDI – VİDEO

Cəmiyyət

Lənkəran şəhərində son iki il ərzində torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Bahalaşma əsasən torpaqların yerləşdiyi ərazilərə görə dəyişir.

Cagdas.az  Xəzər tv-yə istinadən xəbər verir ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, rayonda satış üçün əlverişli torpaq sahələrinin sayı çox deyil. Satışa çıxarılan torpaqların əksəriyyəti sakinlərin öz həyətyanı sahələrindən ayıraraq satışa təqdim etdikləri 2-3 sotluq ərazilərdir.

Bildirilir ki, Lənkəranda torpaq almaq istəyənlər əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üstünlük verirlər. Ən yüksək qiymətə təklif olunan torpaq sahələri isə dənizə yaxın ərazilərdə yerləşir. pizza hut

Şəkidə də son illər torpaq sahələrinin qiymətlərində artım qeydə alınıb. Ekspertlər bunu infrastrukturun yaxşılaşdırılması, Bakı istiqamətində yolların təmiri və bölgəyə gələn turist sayının artması ilə əlaqələndirirlər.

Qeyd olunur ki, Şəkidə ən aşağı qiymətlər şəhərin yeni salınan məhəllələrində müşahidə edilir. Həmin ərazilərdə hələ də qaz xətti mövcud deyil. Ən yüksək qiymətlər isə “Dodu” və “Soyuq Bulaq” məhəllələrində qeydə alınır. Turizm obyektlərinin çoxluğu bu ərazilərdə qiymətlərə birbaşa təsir göstərir.(Referans MEDİA)