• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.5° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Netanyahu Beyrutu hədəfə aldı, Trampdan təcili müdaxilə gəldi

02 İyun, 26 / 13:05
A A

İsrailin Baş naziri Benjamin Netanyahunun Livana qarşı yeni hücum əmri verməsi bölgədə gərginliyi yenidən artırıb. Məlumata görə, bu addım həm İsrail-Livan münasibətlərində, həm də ABŞ-İran danışıqlarında böhran yaradıb. Müharibə təhlükəsinin yenidən gündəmə gəlməsi fonunda ABŞ Prezidenti Donald Tramp Netanyahu ilə telefon danışığı apararaq hücumların müvəqqəti dayandırılmasına nail olub.

Çağdaş.Az xəbər verir ki, İsrail və Livan arasında aprelin 17-də əldə edilən atəşkəs mayın 17-də daha 45 gün uzadılmışdı. Tərəflərin danışıqları davam etdirmək üçün bu gün Vaşinqtonda dördüncü dəfə bir araya gəlməsi planlaşdırılırdı. Lakin bundan bir neçə gün əvvəl Netanyahu ordusuna hücumlara başlamaq göstərişi verib. Qurban bayramı günlərində Livanın cənub bölgələri hava və quru hücumlarına məruz qalıb.

Netanyahu son açıqlamasında növbəti hədəfin Beyrut olacağını işarə edərək, Hizbullahın mövcud olduğu ərazilərə daha dərindən nüfuz edəcəklərini bildirib.

İsrailin müdafiə naziri Yisrael Katz isə “Beyrutda artıq sakitlik olmayacaq” sözləri ilə Livanı hədələyib.

İsrail ordusunun sözçüsü Aviçay Adraee Beyrutun cənubundakı Dahiyə bölgəsinin sakinlərinə evlərini tərk etmələri barədə xəbərdarlıq edib. Bundan sonra on minlərlə mülki şəxs ölkənin şimalına köç etməyə məcbur olub. Məlumatlara görə, hücumlar nəticəsində azı 12 nəfər həyatını itirib.

İsrail qüvvələrinin Litani çayının şimalına doğru irəliləyərək strateji əhəmiyyət daşıyan Şakif qalasını nəzarətə götürdüyü bildirilir.

Livanlı istefada olan briqada generalı Corc Nadir bu hadisəni “dönüş nöqtəsi” adlandıraraq bildirib ki, qala həm Litani çayının cənubundakı geniş ərazilərə, həm Nebatiyə bölgəsinə, həm də İsrailin şimal yaşayış məntəqələrinə və Aralıq dənizinə qədər uzanan xəttə nəzarət imkanı yaradır.

Onun sözlərinə görə, İsrail ordusunun son günlər Zehrani çayının cənubundakı geniş əraziləri “döyüş zonası” elan etməsi və sakinlərə məcburi təxliyə çağırışları etməsi də bu strategiyanın tərkib hissəsidir.

İsrailin Livandakı əməliyyatları Tehranla Vaşinqton arasında da narazılıq yaradıb. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və İran arasında əldə olunan atəşkəs anlayışı Livan da daxil olmaqla bütün cəbhələri əhatə edir.

İran mediası daha sonra xəbər yayıb ki, Qəzza və Livandakı hücumlar dayandırılana qədər Tehran Vaşinqtonla dialoqu davam etdirməyəcək. Həmçinin İranın Hörmüz boğazını bağlamaq və digər regional cəbhələri aktivləşdirmək variantlarını nəzərdən keçirdiyi iddia olunub.

İran İnqilab Keşikçiləri Korpusu isə İsrailə xəbərdarlıq edərək, “Beyrutu vurarsanız, biz də sizi vurarıq” bəyanatını səsləndirib və İsrailin şimal bölgələrində yaşayan sakinlərə təxliyə çağırışı edib.

Gərginliyin daha da artması fonunda Tramp Netanyahu ilə telefon danışığı aparıb. ABŞ prezidentinin sözlərinə görə, Beyruta qoşun göndərilməsi planı dayandırılıb və yola çıxan qüvvələr geri çağırılıb.

Tramp həmçinin vasitəçilər vasitəsilə Hizbullahla da təmas qurulduğunu və tərəflərin qarşılıqlı hücumları dayandırmağa razı olduqlarını bildirib.

ABŞ prezidenti əlavə edib ki, İranla danışıqlar sürətlə davam edir.

Netanyahu isə son açıqlamasında Hizbullahın hücumlarını davam etdirəcəyi təqdirdə Beyrutun yenidən hədəf alınacağını bildirib və Livanın cənubunda hərbi əməliyyatların davam edəcəyini vurğulayıb.

Bənzər Xəbərlər

Dünya

NYT: İranın xarici işlər naziri ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək

İyun 15, 2026
Dünya

İranın XİN rəhbərinin müavini ABŞ ilə razılaşmanı təsdiqləyib

İyun 15, 2026
Dünya

Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb

İyun 15, 2026
Dünya

"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ

İyun 15, 2026
Dünya

BMT-nin baş katibi ABŞ-İran razılaşmasının elan edilməsini alqışlayır

İyun 15, 2026
Dünya

İran-ABŞ memorandum layihəsinin ŞƏRTLƏRİ

İyun 15, 2026

XƏBƏR LENTİ

Duzun saxta olduğunu öyrənməyin asan yolu

15 İyun, 26 / 13:49

Azərbaycanın taleyini dəyişən 33 illik qərar: Dəhşətli plana Heydər Əliyev son qoydu

 

15 İyun, 26 / 13:38

NYT: İranın xarici işlər naziri ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək

15 İyun, 26 / 13:23

İranın XİN rəhbərinin müavini ABŞ ilə razılaşmanı təsdiqləyib

15 İyun, 26 / 13:09

Azərbaycandakı investisiya şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi - 01.01.2026

15 İyun, 26 / 12:55

Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

15 İyun, 26 / 12:40

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

15 İyun, 26 / 12:26

Azərbaycandakı investisiya şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.01.2026)

15 İyun, 26 / 12:13

Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb

15 İyun, 26 / 11:58

Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb

15 İyun, 26 / 11:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.