Son dəqiqə
Putin NATO-nu 1997-ci il mövqelərinə qaytarmaq istəyir Gələn il televiziya, radio və nəşriyyatlara 68 milyon manat ayrılacaq Şagirdlərə düşən illik təhsil xərcləri təsdiqlənib Naxçıvan Ali Məclisi sədrinin müavini və əməkdaşları binadan çıxarıldı Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? – Tarif Şurasından açıqlama Əli Əsədov bu işçilərin maaşlarını təsdiqlədi – MƏBLƏĞLƏR Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı ABŞ-də yeni ştatın yaradılması səsverməyə çıxarılacaq ABŞ İranda vurulacaq hədəflərin siyahısını hazırladı Bakıda 5 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu – FOTOLAR

Hadisə

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq həyatını itirib.

Çağdaş.Az Azərtac-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.

Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

ANZ.az-ın məlumatına görə, Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.

Qeyd edilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir ötən gün itkin düşmüşdü