Son dəqiqə
Ağac kəsərkən qaydaları pozdu – İşdən çıxarıldı İstanbulda sel təhlükəsi: Meteoroloqlar yeni xəbərdarlıq yaydı – Çərşənbə axşamı… Sabiq vəzifəli şəxs həbs edildi – FOTO Putin NATO-nu 1997-ci il mövqelərinə qaytarmaq istəyir Gələn il televiziya, radio və nəşriyyatlara 68 milyon manat ayrılacaq Şagirdlərə düşən illik təhsil xərcləri təsdiqlənib Naxçıvan Ali Məclisi sədrinin müavini və əməkdaşları binadan çıxarıldı Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? – Tarif Şurasından açıqlama Əli Əsədov bu işçilərin maaşlarını təsdiqlədi – MƏBLƏĞLƏR Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı

Şagirdlərə düşən illik təhsil xərcləri təsdiqlənib

Cəmiyyət

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiqlənib.

Cagdas.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.

Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı

Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-si

 

Ümumi təhsil müəssisələrinin növləri

Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla)
1. Tam orta ümumtəhsil məktəbi 2000
2. Lisey 2200
3. Gimnaziya 2200
4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi 2500
5. İnternat tipli lisey 3000
6. İnternat tipli gimnaziya 3000