• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20° Weather Columbus
$
1.7
€
1.9604
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır”

08 İyun, 26 / 12:26
A A

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələri elan edildikdən sonra müraciətlə çıxış edərək, İrəvanın sülh, regional əməkdaşlıq və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması kursuna sadiq qaldığını təsdiqləyib.

Cagdas.az  xəbər verir ki, jurnalistin seçkilərdə rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsindən sonra Türkiyə və Azərbaycan xalqlarına hansı mesajı vermək istədiyi barədə sualını cavablandıran Paşinyan bildirib ki, rəsmi İrəvanın mövqeyi dəyişməz olaraq qalır.

“Mesaj eynidir. Ermənistan xalqı sülhün, regional rifahın və regional əməkdaşlığın tərəfdarıdır. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”, – deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional əsasda möhkəmləndirilməsidir.

“Biz Ermənistan və Azərbaycan arasında sülhü institusionallaşdırmalıyıq”, – deyə o vurğulayıb.

Paşinyan ayrıca Ermənistan–Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesinin davam etdirilməsinə və iki ölkə arasında dövlət sərhədinin açılmasına ümid edir.

“Türkiyə ilə sərhəd açılmalıdır. Yəni Türkiyə sərhədi açmalı, eyni zamanda diplomatik münasibətlər qurulmalıdır”, – deyə baş nazir bildirib.

Hökumət başçısı nəqliyyat sahəsində son addımları da müsbət qiymətləndirib və erməni yükləri üçün Axalkalaki–Qars dəmir yolu marşrutu xəttinin açılması qərarına görə minnətdarlığını ifadə edib.

“Erməni mallarının həm ixracı, həm də idxalı üçün Axalkalaki–Qars dəmir yolu marşrutunun açılması qərarına görə təşəkkür edirik”, – deyə o qeyd edib.

Paşinyanın qiymətləndirməsinə görə, hazırda Ermənistan və Türkiyə arasında münasibətlərdə müsbət dinamika müşahidə olunur, lakin tam nəticə əldə etmək üçün əlavə səylərə ehtiyac var.

“Türkiyə ilə münasibətlərimizdə çox yaxşı dinamika mövcuddur və hazırda bundan məmnunuq. Lakin yekun irəliləyişə nail olmaq üçün bu dinamikanı davam etdirmək lazımdır. Mən diplomatik münasibətlərin qurulmasını və əlbəttə ki, sərhədin tam açılmasını nəzərdə tuturam”, – deyə baş nazir bildirib.

Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh sazişinin mətnini ilkin olaraq razılaşdırıblar və indi onun imzalanmasına keçmək lazımdır.

“Azərbaycana gəldikdə isə bildiyiniz kimi, bizim ilkin razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

Baş nazir regional siyasətin ən mühüm istiqamətlərindən biri kimi Ermənistan hakimiyyətinin bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyətli hesab etdiyi “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsini göstərib.

Paşinyanın sözlərinə görə, bu layihənin reallaşdırılması regionun iqtisadi və nəqliyyat arxitekturasını köklü şəkildə dəyişə bilər.

“‘Sülh Kəsişməsi’ layihəsinin həyata keçirilməsinə mümkün qədər tez başlamaq lazımdır. Bu layihə bütün regiondakı vəziyyəti əsaslı şəkildə dəyişə bilər”, – deyə o bildirib.

Baş nazir vurğulayıb ki, söhbət yalnız iqtisadi əməkdaşlıqdan deyil, həm də uzun illər davam edən təcrid və blokada məhdudiyyətlərinin aradan qaldırılmasından gedir.

“Bu layihə böyük əhəmiyyət daşıyır, çünki regionumuzun blokadadan çıxması deməkdir. Bu, həqiqətən də çox vacib xəbərdir. Belə ki, regionumuz dalandan çıxaraq yolların və imkanların kəsişdiyi məkana çevrilir”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bu cür təşəbbüslərin həyata keçirilməsi regionun bütün dövlətləri üçün yeni inkişaf imkanları yarada və uzunmüddətli sabitlik mühitini gücləndirə bilər.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq bütün 2005 seçki məntəqəsində səslər sayılıb. Səslərin 100% işlənməsindən sonra partiyaların yekun səs faizləri belə formalaşıb:

– “Vətəndaş müqaviləsi” Partiyası (Nikol Paşinyan) – 49,81%
– “Güclü Ermənistan” bloku (Samvel Karapetyan) – 23,29%
– “Ermənistan” bloku (Robert Köçəryan) – 9,94%
– “Çiçəklənən Ermənistan” Partiyası (Qaqik Tsarukyan) – 4%
(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Rusiyadan Ermənistan seçkilərinə ilk reaksiya

İyun 8, 2026
Cəmiyyət

Qələbə sonrası Paşinyandan Bakı ilə bağlı ilk mesaj: “Oyun dəyişir”

İyun 8, 2026
Cəmiyyət

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

İyun 8, 2026
Cəmiyyət

Paşinyan qalib gələn kimi Azərbaycan və Türkiyəyə çağırış etdi

İyun 8, 2026
Cəmiyyət

Dövlət büdcəsinin gəlirləri açıqlandı – RƏQƏMLƏR

İyun 8, 2026
Cəmiyyət

Ali Məhkəmədən yük daşıyanlarla bağlı vacib qərar

İyun 8, 2026

XƏBƏR LENTİ

Rusiyadan Ermənistan seçkilərinə ilk reaksiya

08 İyun, 26 / 15:06

Qələbə sonrası Paşinyandan Bakı ilə bağlı ilk mesaj: “Oyun dəyişir”

08 İyun, 26 / 14:51

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

08 İyun, 26 / 14:39

Paşinyan qalib gələn kimi Azərbaycan və Türkiyəyə çağırış etdi

08 İyun, 26 / 14:26

Dövlət büdcəsinin gəlirləri açıqlandı – RƏQƏMLƏR

08 İyun, 26 / 14:13

Ali Məhkəmədən yük daşıyanlarla bağlı vacib qərar

08 İyun, 26 / 13:58

Bu tarixdə geomaqnit qasırğası olacaq

08 İyun, 26 / 13:44

DİN sürücülərə müraciət etdi

08 İyun, 26 / 13:30

Azərbaycanda nəqliyyat pulsuz ola bilər?

08 İyun, 26 / 13:17

DİQQƏT! Dövlət bu hallarda işləyən şəxslərə əlavə ödəniş edəcək

08 İyun, 26 / 13:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.