• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.4° Weather Columbus
$
1.7
€
1.9604
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

DİQQƏT! Dövlət bu hallarda işləyən şəxslərə əlavə ödəniş edəcək

08 İyun, 26 / 13:05
A A

Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarına dəyişikliklər edilməsi ilə məcburi sosial sığorta üzrə ödənilən müavinətlərin hesablanması qaydaları da dəqiqləşdiirlib. 

Cagdas.az  xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramov əsas və əlavə iş yerlərində çalışan, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin hesablanması meyarlarını “vergiler.az”a şərh edib.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.11-ci bəndinə əsasən, sığortaolunan əsas iş yeri ilə yanaşı, əlavə iş yerində (yerlərində) də muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə etdikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda, qalan günlər üçün isə sığortaolunanlara sığortaçı tərəfindən onun ümumi qazancı əsasında hesablanır və ödənilir.
Nazirlər Kabinetinin 189 saylı qərarının əvvəlki redaksiyasında da əsas və əlavə iş yerləri olduqda ilk 14 təqvim günü üzrə müavinətin ayrıca hesablanması nəzərdə tutulurdu. Lakin son dəyişikliklərdən sonra mexanizm daha dəqiq müəyyən olunub:

– İlk 14 təqvim günü üzrə hər bir işəgötürən öz iş yerində olan qazanc əsasında müavinəti ayrıca hesablayır və ödəyir;
– 14 gündən artıq olan hissə üzrə isə hesablanma artıq işçinin əsas və əlavə iş yerləri üzrə ümumi qazancı əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılır.

Misal 1: İşçi həm əsas, həm də əlavə iş yerində çalışır və 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda ilk 14 təqvim gününə görə əsas iş yeri üzrə müavinət həmin iş yerindəki qazanc əsasında ayrıca hesablanır. Eləcə də əlavə iş yeri üzrə müavinət də həmin iş yerindəki qazanc əsasında ayrıca hesablanır. Yəni, iki işəgötürən öz payına düşən məbləği ayrıca ödəyir.
İşçi əmək qabiliyyətini 14 gündən çox, yəni, 20 gün müddətinə itirdiyi üçün sığortaçı olan DSMF tərəfindən ödənişlər həyata keçirilməlidir. Beləliklə, 6 gün (20 gün – 14 gün) üzrə müavinət artıq işçinin bütün iş yerləri üzrə ümumi qazancı nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanır və ödənilir.

Bəs işçi həm də fərdi sahibkarlıqla məşğul olduğu halda müavinət necə hesablanacaq?
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.12-ci bəndinə əsasən, əsas iş yerindən əlavə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət bu Qaydanın 2.11-ci bəndinə əsasən, lakin ilk 14 təqvim günü üçün yalnız əsas iş yeri üzrə sığortaedən tərəfindən hesablanır və ödənilir.

Maddənin tələbindən göründüyü kimi, əgər şəxs həm muzdlu işçi kimi çalışır, həm də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, bu halda müavinətin hesablanmasında fərqli yanaşma tətbiq edilir.
Birinci mərhələdə – əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət yalnız əsas iş yeri üzrə hesablanır və işəgötürən tərəfindən ödənilir. Bu mərhələdə fərdi sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir nəzərə alınmır.

14 təqvim günündən artıq olan hissə üzrə isə hesablanma artıq 2.11-ci bəndə uyğun qaydada həyata keçirilir. Yəni, bu zaman ümumi qazanc məsələsi aktuallaşa bilər.

Misal 2: İşçi əsas iş yerində çalışır və eyni zamanda fərdi sahibkar kimi tərcümə xidməti göstərir. Əgər işçi əmək qabiliyyətini 10 gün müddətinə müvəqqəti itirərsə, bu halda müavinət yalnız əsas iş yeri üzrə işəgötürən tərəfindən hesablanacaq və ödəniləcək. Əgər işçi 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirərsə, ilk 14 gün üzrə müavinət əsas iş yeri üzrə ödəniləcək, 14 gündən artıq olan 6 gün üzrə isə hesablanma artıq Qaydanın 2.11-ci bəndinə uyğun olaraq həyata keçiriləcək.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

İyun 8, 2026
Cəmiyyət

“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTO

İyun 8, 2026
Cəmiyyət

Bu sənəd yoxdursa, haqqınızı itirə bilərsiniz

İyun 8, 2026
Cəmiyyət

İşləyənlərə əlavə pul veriləcək – Yeni qaydalar açıqlandı

İyun 8, 2026
Cəmiyyət

Tehran aeroportlarında bütün uçuşlar ləğv edildi

İyun 8, 2026
Cəmiyyət

Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb

İyun 8, 2026

XƏBƏR LENTİ

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

08 İyun, 26 / 16:43

“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTO

08 İyun, 26 / 16:30

Bu sənəd yoxdursa, haqqınızı itirə bilərsiniz

08 İyun, 26 / 16:29

İşləyənlərə əlavə pul veriləcək – Yeni qaydalar açıqlandı

08 İyun, 26 / 16:16

Tehran aeroportlarında bütün uçuşlar ləğv edildi

08 İyun, 26 / 16:02

Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb

08 İyun, 26 / 15:47

Azərbaycanda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlandı

08 İyun, 26 / 15:33

Onlayn oyunlar uşaqlar üçün risk yaradır – Ombudsman

08 İyun, 26 / 15:20

Rusiyadan Ermənistan seçkilərinə ilk reaksiya

08 İyun, 26 / 15:06

Qələbə sonrası Paşinyandan Bakı ilə bağlı ilk mesaj: “Oyun dəyişir”

08 İyun, 26 / 14:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.