Rusiya Ermənistandan balıq idxalına tətbiq olunan məhdudiyyətləri daha da sərtləşdirə bilər.
Cagdas.az xəbər verir ki, bunu Rusiyanın Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakov bildirib.
Onun sözlərinə görə, Rusiya artıq Ermənistandan diri balıq tədarükünə məhdudiyyət tətbiq edib.
“Əgər baytarlıq risklərinin yarana biləcəyi amillər aşkar edilərsə və bu məhsullar ölkəmizin baytarlıq təhlükəsizliyinə təsir göstərərsə, şübhəsiz ki, əlavə addımlar da atılacaq”, – Şestakov qeyd edib.
Rusiya rəsmisi mümkün yeni tədbirlərin baytarlıq təhlükəsizliyi ilə bağlı risklərin nəticəsindən asılı olacağını vurğulayıb.(modern.az)
















