• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.1° Weather Columbus
$
1.7
€
1.9604
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıdakı bu küçə tam dəyişir

08 İyun, 26 / 18:15
A A

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyada və ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması davam etdirilir. 

Cagdas.az  xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına başlanılır.

Aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətiniçətinləşdirir.

Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini azaldır, nəqliyyatın vəpiyadaların hərəkətinə mənfi təsir göstərir. Küçədə mikromobillik vasitələrinin hərəkəti üçün infrastruktur da mövcud deyil.

İctimai nəqliyyatdan istifadə edən sərnişinlər də bir sıra çətinliklərlə üzləşir. Dayanacaq məntəqələrinin yerləşdiyi ərazilərdə səkilərin dar olması, infrastrukturun zəif təchiz edilməsi və bəzi dayanacaqların qeyri-optimal yerləşməsi mövcud vəziyyəti mürəkkəbləşdirir.

Mövcud çatışmazlıqları aradan qaldırılmaq məqsədiləNəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Layihə çərçivəsində metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək.

Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidlərinin təşkili, ağaclardan ibarət bufer zolağının yaradılması və parklanma sahəsinin təşkil edilməsi hesabına ərazinin cəlbediciliyi artırılacaq.

Görüləcək işlər nəticəsində Təbriz küçəsində piyadaların təhlükəsizliyi və rahatlığı artırılacaq, ictimai nəqliyyata əlçatanlıq yaxşılaşacaq, küçə məkanı daha funksional və müasir şəhər mobilliyi prinsiplərinə uyğun şəkildə formalaşdırılacaq.(Referans Media)

Bənzər Xəbərlər

Cəmiyyət

Sürücülük vəsiqəsi ilə bağlı TƏCİLİ XƏBƏR: Qanunda bu tələblər var

İyun 8, 2026
Cəmiyyət

Prezident Ramiz Fətəliyevlə bağlı sərəncam imzaladı

İyun 8, 2026
Cəmiyyət

Kömür qiymətlərində rekord – Bahalaşma davam edir

İyun 8, 2026
Cəmiyyət

İyunun pensiya və müavinətləri bu tarixdə veriləcək

İyun 8, 2026
Cəmiyyət

Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?

İyun 8, 2026
Cəmiyyət

Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu – AÇIQLAMA

İyun 8, 2026

XƏBƏR LENTİ

Sürücülük vəsiqəsi ilə bağlı TƏCİLİ XƏBƏR: Qanunda bu tələblər var

08 İyun, 26 / 20:32

Prezident Ramiz Fətəliyevlə bağlı sərəncam imzaladı

08 İyun, 26 / 20:18

Kömür qiymətlərində rekord – Bahalaşma davam edir

08 İyun, 26 / 20:04

İyunun pensiya və müavinətləri bu tarixdə veriləcək

08 İyun, 26 / 19:49

Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?

08 İyun, 26 / 19:37

Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu – AÇIQLAMA

08 İyun, 26 / 19:23

Sabah yağış intensivləşəcək, dolu düşəcək – PROQNOZ

08 İyun, 26 / 19:10

İlham Əliyev fərman imzaladı

08 İyun, 26 / 19:00

Bu həftə ardıcıl 3 gün iş OLMAYACAQ

08 İyun, 26 / 18:56

Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər

08 İyun, 26 / 18:41
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.