• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.4° Weather Columbus
$
1.7
€
1.9604
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Aşuranın vaxtı açıqlandı

08 İyun, 26 / 18:27
A A

Bu il Aşura günü iyunun 25-nə təsadüf edir.

Cagdas.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid Quliyev bildirib.

Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür.

“Bu tarix eyni zamanda hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır”, – o bildirib.

İlahiyyatçı alim qeyd edib ki, Məhərrəm ayının ən mühüm günlərindən biri Aşura günüdür.

“Bu il Aşura günü 25 iyun 2026-cı il tarixinə təsadüf edir. Aşura günü İslam tarixinin ən kədərli və eyni zamanda ən şərəfli hadisələrindən biri sayılan Kərbəla faciəsi ilə bağlıdır. Hicri 61-ci ildə baş vermiş bu hadisə zamanı Peyğəmbər (s) nəvəsi İmam Hüseyn və onun silahdaşları haqq, ədalət və mənəvi dəyərlər uğrunda şəhid olmuşlar. Kərbəla hadisəsi əsrlər boyu müsəlmanların yaddaşında zülmə qarşı mübarizənin, haqq yolunda dönməzliyin və mənəvi qəhrəmanlığın simvolu kimi yaşamaqdadır. Bu səbəbdən Məhərrəm ayı həm də insan ləyaqətinin, vicdan azadlığının və ədalət uğrunda mübarizənin təcəssümü kimi dəyərləndirilir”, – ilahiyyatçı alim vurğulayıb.

“Azərbaycanda Məhərrəm ayı boyunca məscidlərdə və dini məkanlarda müxtəlif mərasimlər, moizələr və dini-maarifləndirici tədbirlər təşkil olunur. Möminlər Kərbəla şəhidlərinin xatirəsini yad edir, birlik, həmrəylik və mənəvi kamillik ideyalarını təbliğ edirlər. Xüsusilə Aşura günü ehtiyacı olan insanlara yardım göstərilməsi, qanvermə aksiyalarında iştirak və xeyriyyəçilik fəaliyyəti kimi humanist təşəbbüslər geniş şəkildə dəstəklənir”, – o əlavə edib.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

İyun 8, 2026
Cəmiyyət

Sürücülük vəsiqəsi ilə bağlı TƏCİLİ XƏBƏR: Qanunda bu tələblər var

İyun 8, 2026
Cəmiyyət

Prezident Ramiz Fətəliyevlə bağlı sərəncam imzaladı

İyun 8, 2026
Cəmiyyət

Kömür qiymətlərində rekord – Bahalaşma davam edir

İyun 8, 2026
Cəmiyyət

İyunun pensiya və müavinətləri bu tarixdə veriləcək

İyun 8, 2026
Cəmiyyət

Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?

İyun 8, 2026

XƏBƏR LENTİ

İrandan sərt XƏBƏRDARLIQ: bu davam edərsə ABŞ və İsrailin enerji obyektləri hədəfə alınacaq

08 İyun, 26 / 21:17

Çin və Şimali Koreya ittifaqı güclənir: Si Cinpindən diqqətçəkən BƏYANAT

08 İyun, 26 / 21:02

Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

08 İyun, 26 / 20:47

Sürücülük vəsiqəsi ilə bağlı TƏCİLİ XƏBƏR: Qanunda bu tələblər var

08 İyun, 26 / 20:32

Prezident Ramiz Fətəliyevlə bağlı sərəncam imzaladı

08 İyun, 26 / 20:18

Kömür qiymətlərində rekord – Bahalaşma davam edir

08 İyun, 26 / 20:04

İyunun pensiya və müavinətləri bu tarixdə veriləcək

08 İyun, 26 / 19:49

Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?

08 İyun, 26 / 19:37

Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu – AÇIQLAMA

08 İyun, 26 / 19:23

Sabah yağış intensivləşəcək, dolu düşəcək – PROQNOZ

08 İyun, 26 / 19:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.