Yeni mövsüm üçün heyətini gücləndirməyə çalışan Galatasaray transfer bazarında diqqətçəkən addım atmağa hazırlaşır. İstanbul təmsilçisinin Serbiya millisinin hücumçusu Dusan Vlahoviçi heyətinə qatmaq istədiyi bildirilir.
Çağdaş.Az bildirir ki, Yuventus Vlahoviçlə yeni müqavilə imzalamayıb və forvard azad agent statusu qazanıb. Digər tərəfdən, “Qalatasaray”ın argentinalı hücumçu Mauro İcardi ilə yollarını ayırmağa hazırlaşdığı iddia olunur.
İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin yaydığı məlumata görə, sarı-qırmızılılar Vlahoviçi illik 10 milyon avro maaş və əlavə 5 milyon avro bonusla transfer etməyi planlaşdırır.
Xəbərdə həmçinin qeyd olunur ki, nigeriyalı hücumçu Victor Osimhen klubdan ayrılmaq niyyətindədir və “Qalatasaray” rəhbərliyi onu Vlahoviçlə əvəz etməyi düşünür.
Bununla yanaşı, İstanbul klubu PSG-nin hücumçusu Randal Kolo Muanini də satınalma hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, hələlik transferlə bağlı klublardan rəsmi açıqlama verilməyib. Transfer prosesinin yaxın günlərdə daha da sürətlənəcəyi gözlənilir.
















