• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.7° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanın dövlət borcu nə qədərdir? – AÇIQLANDI

09 İyun, 26 / 15:00
A A

Azərbaycanda dövlət borcu azalaraq 2026-cı il iyunun 1-nə 24,1 milyard manata düşüb.

Cagdas.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 2026-cı il yanvarın 1-nə dövlət borcu 26 milyard manat və ya ÜDM-in 20,1 faizi səviyyəsində olub. Bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azdır.

Sahil Babayev qeyd edib ki, dövlət borcunun həcmi azalmağa davam edib:

“2026-cı il iyunun 1-nə dövlət borcu 24,1 milyard manata və ya ÜDM-in 18,4 faizinə bərabərdir. Bu göstərici Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinə görə dünyanın ən aşağı göstəriciyə malik ölkələrindən biri olduğunu göstərir”.

Nazirin sözlərinə görə, 2026-cı il yanvarın 1-nə borc portfeli 17,8 milyard manat daxili dövlət borcu və 8,2 milyard manat xarici dövlət borcundan ibarət olub. Cari ilin iyunun 1-nə isə daxili dövlət borcu 16,2 milyard manata, xarici dövlət borcu isə 7,9 milyard manata enib.

Maliyyə naziri dövlət borcunun xarici risklərə həssaslığının da azaldığını vurğulayıb.

“İstiqrazların orta ödəmə müddəti il ərzində 2,2 dəfə artaraq 3,3 ilə çatıb. Hazırda bu göstərici 3,83 ildir. Eyni zamanda, portfeldə 5 il və daha uzunmüddətli istiqrazların payı 0,6 faizdən 49 faizə yüksəlib”, – deyə o bildirib.

Sahil Babayev Azərbaycanın strateji valyuta ehtiyatlarının da artdığını diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, 2026-cı il iyunun 1-nə strateji valyuta ehtiyatlarının həcmi 88,4 milyard dollara çatıb.

“Bu vəsait xarici dövlət borcunu 19,2 dəfə üstələyir. Bu da ölkənin maliyyə dayanıqlığının mühüm göstəricilərindən biridir”, – deyə nazir qeyd edib.

S.Babayev əlavə edib ki, 2025-ci ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 8,5 milyard dollar həcmində transfert həyata keçirilib və bu göstərici proqnoz səviyyəsində icra olunub.

“Orta müddətli dövrdə məqsədimiz büdcənin neft gəlirlərindən asılılığını azaltmaqdır. Bu çərçivədə 2029-cu ilədək transfertlərin 6 milyard dollara endirilməsi nəzərdə tutulur”, – deyə o vurğulayıb.

Nazir bildirib ki, ötən il dövlət büdcəsi profisitlə icra olunub və gəlirlərin proqnozdan artıq daxil olması müsbət büdcə saldosunun formalaşmasına imkan verib.

Onun sözlərinə görə, cari xərclərin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi səviyyəsi artıq 92 faizə çatıb və bu göstəricinin 2029-cu ildə 100 faizə çatdırılması hədəflənir.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İyun 13, 2026
Cəmiyyət

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

İyun 13, 2026
Cəmiyyət

İlham Əliyev Əlahəzrət III Çarlzı təbrik etdi

İyun 13, 2026
Cəmiyyət

Emin Əmrullayev məzunların köynəyinə təbriklərini yazdı – VİDEO

İyun 13, 2026
Cəmiyyət

Türkiyə Ermənistanla sərhədi açdı

İyun 13, 2026
Cəmiyyət

Bu il sertifikatlaşdırmada hansı müəllimlər imtahan veriləcək?

İyun 13, 2026

XƏBƏR LENTİ

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

13 İyun, 26 / 17:41

Xamenei ölümündən 4 ay sonra dəfn olunacaq – TARİX AÇIQLANDI

13 İyun, 26 / 17:18

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

13 İyun, 26 / 17:06

İlham Əliyev Əlahəzrət III Çarlzı təbrik etdi

13 İyun, 26 / 16:44

Emin Əmrullayev məzunların köynəyinə təbriklərini yazdı – VİDEO

13 İyun, 26 / 16:22

Türkiyə Ermənistanla sərhədi açdı

13 İyun, 26 / 15:59

Bu il sertifikatlaşdırmada hansı müəllimlər imtahan veriləcək?

13 İyun, 26 / 15:37

40 min namizəd MİQ imtahanına qoşulur – İmtahan tarixləri açıqlandı

13 İyun, 26 / 15:25

Rusiyadan Ermənistana təhlükəli mesaj

13 İyun, 26 / 15:07

Sərvəti ölkə büdcələri ilə müqayisə olunan AZƏRBAYCANLI

13 İyun, 26 / 14:46
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.