• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.5° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İpoteka götürmək istəyənlərə şad xəbər — AÇIQLAMA

09 İyun, 26 / 18:59
A A

Son günlər sosial şəbəkələrdə Azərbaycanda yaş həddinin artırıldığı və artıq 70 yaşdan yuxarı şəxslərə, hətta 73 yaşa qədər vətəndaşlara da kredit verildiyi ilə bağlı məlumatlar yayılıb. Müzakirələr xüsusilə pensiyaçılar üçün kredit şərtləri və bankların yaş məhdudiyyətləri ətrafında aparılır.

Bəs bu iddiaların reallıq payı nə qədərdir? Azərbaycanda 70 yaşdan yuxarı şəxslərə hansı hallarda kredit verilməsi mümkündür və banklar bu zaman hansı meyarları əsas götürür?

Cagdas.az  xəbər verir ki, tanınmış bank eksperti Emin Kərimov “demokrat.az”a açıqlamasında bildirib ki, hazırda ölkədə kreditlərin 73 yaşa qədər verilməsi ilə bağlı praktika mövcuddur:

“Bəzi banklarda bu yaş həddinə qədər kredit verilməsi tətbiq olunur və bəzi hallarda zaminlik və ya həyat sığortası tələbi qoyulmur. Bunun əsas səbəbi odur ki, vətəndaş pensiyasını həmin bank vasitəsilə alır və aylıq ödənişlər birbaşa pensiya kartından tutulur. Ümumilikdə, kreditin pensiya aldığı bank tərəfindən verilməsi normal praktikadır.

Lakin ekspert kimi qeyd etmək lazımdır ki, bu cür hallarda əlavə təminat mexanizmlərinin olması daha məqsədəuyğun olardı. Məsələn, ya həyat sığortası, ya da ən azı bir zamin tələb edilməsi risklərin azaldılması baxımından vacibdir. Çünki orta ömür müddətini nəzərə alsaq, 70-75 yaşdan yuxarı şəxslərdə risklər daha yüksəkdir. Təbii ki, burada məqsəd heç kimin ölüm riskini öncədən qəbul etməsi deyil, lakin maliyyə baxımından risklərin idarə olunması zəruridir.

Kiçik məbləğdə həyat sığortası və ya əlavə təminat mexanizmi kreditlərin daha təhlükəsiz şəkildə verilməsinə şərait yarada bilər. Bu yanaşma həm bankların risklərini azaldar, həm də kreditlərin davamlı və sabit şəkildə verilməsinə imkan yaradar”.

O deyib ki, bu model banklar üçün əlavə gəlir mənbəyi kimi də qiymətləndirilə bilər:

“Digər tərəfdən, bu kreditlərdən istifadə edən şəxslər də dolayısı ilə öz ailə üzvlərinə və yaxınlarına müəyyən maliyyə dəstəyi təmin etmiş olurlar. Əgər bu model istehlak kreditləri üzrə özünü doğruldarsa və effektiv nəticə göstərərsə, onun digər kredit seqmentlərinə də tətbiqi mümkündür. Məsələn, ipoteka kreditləri üzrə yaş həddinin artırılması da müzakirə oluna bilər.

Hazırda ipoteka kreditləri adətən 65 yaşa qədər nəzərdə tutulur. Lakin sığorta mexanizmi tətbiq edilməklə bu yaş həddini 75 yaşa qədər artırmaq mümkündür. Kredit müddətinin uzadılması isə aylıq ödənişlərin azalmasına səbəb ola bilər və bu da borcalanlar üçün daha əlçatan şərtlər yaradar.

Bundan əlavə, kredit məbləğinin artırılması da mümkündür. Məsələn, 150 min manatlıq limitin 200 min manata qədər yüksəldilməsi daha geniş maliyyə imkanları yarada bilər. Ümumilikdə, bu yanaşma pilot layihə kimi tətbiq edilə bilər. Əgər nəticələr müsbət olarsa, daha sonra digər kredit növlərinə də şamil edilə bilər və maliyyə sektorunda daha çevik və əlçatan kredit siyasətinin formalaşmasına şərait yarada bilər”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Emin Əmrullayevdən müəllimlərə ŞAD XƏBƏR

İyun 13, 2026
Cəmiyyət

Kəndlərlə bağlı möhtəşəm plan: 3 istiqamətdə yenilik olcaq – Proses sürətləndirilir

İyun 13, 2026
Cəmiyyət

Məktəblərdə yenilik olacaq – RƏSMİ

İyun 13, 2026
Cəmiyyət

Sabah Bakıda və Abşeronda yağış yağacaq

İyun 13, 2026
Cəmiyyət

Bu şəxslər ucuz qiymətə ev ala biləcəklər – Yeni sistem

İyun 13, 2026
Cəmiyyət

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İyun 13, 2026

XƏBƏR LENTİ

Prezident “artmır” dedi, Ağdaşda hazırlıq başladı: Ölkə üçün mühüm tapşırıq

13 İyun, 26 / 19:49

Emin Əmrullayevdən müəllimlərə ŞAD XƏBƏR

13 İyun, 26 / 19:32

Kəndlərlə bağlı möhtəşəm plan: 3 istiqamətdə yenilik olcaq – Proses sürətləndirilir

13 İyun, 26 / 19:16

Əli Əsədov Ünal Üstellə görüşdü

13 İyun, 26 / 18:58

Məktəblərdə yenilik olacaq – RƏSMİ

13 İyun, 26 / 18:44

Sabah Bakıda və Abşeronda yağış yağacaq

13 İyun, 26 / 18:23

Bu şəxslər ucuz qiymətə ev ala biləcəklər – Yeni sistem

13 İyun, 26 / 18:01

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

13 İyun, 26 / 17:41

Xamenei ölümündən 4 ay sonra dəfn olunacaq – TARİX AÇIQLANDI

13 İyun, 26 / 17:18

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

13 İyun, 26 / 17:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.