• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.6° Weather Columbus
$
1.7
€
1.9628
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu şəxslər hərbi xidmətə çağırılmır – Yeni qaydalar açıqlandı

10 İyun, 26 / 12:08
A A

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir.

Cagdas.az   metbuat.az-a istinadla xəbər verir ki, Azərbaycanda 18 yaşına çatmış kişi cinsli vətəndaşlar hərbi xidmətə çağırılır. 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliyi ilə çağırışın son yaş həddi 35-dən 30-a endirilib. Lakin qanunvericiliyə görə bu öhdəlikdən azad olmağın və ya çağırışın təxirə salınmasının bir neçə əsası mövcuddur.

Bəs kimlər hərbi xidmətə çağırılmır?
Təhsil əsasında möhlətə görə, bakalavr tələbələri 24 yaşı tamam olanadək, magistr tələbələri isə 26 yaşı tamam olanadək, xaricdə təhsil alanlar da daxil olmaqla əyani təhsil aldıqları müddətdə çağırışdan möhlət hüququ əldə edir. Son qanun dəyişiklikləri ilə magistratura səviyyəsində təhsil alan şəxslər üçün də yaş həddi dəqiqləşdirilərək 26 yaş müəyyən edilib. Rezidentura və doktorantura tələbələri təhsilini başa vuranadək möhlət hüququndan yararlanır. Doktorantura qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə isə əlavə 3 aylıq möhlət verilir. Tam orta təhsilini başa vurmamış 20 yaşınadək vətəndaşlar da bu kateqoriyaya daxildir.
Ailə vəziyyətinə görə möhlət hüququ bir neçə halı əhatə edir: başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olan çağırışçılar, üç və daha çox uşağın atası olan şəxslər, I qrup əlil həyat yoldaşına qulluq edən kişilər, habelə 18 yaşınadək və ya I qrup əlil qardaş və ya bacısına baxan, onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslər bu hüquqdan yararlana bilərlər. Qanunun yenilənmiş redaksiyasına əsasən, ailə vəziyyətinə görə verilən möhlət 30 yaşadək qüvvədə qalır. Bu yaşa çatanadək möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilərək ehtiyata keçirilirlər.

Sağlamlıq vəziyyətinə görə tibbi müayinədə müvəqqəti yararsız hesab edilən şəxslərə hər dəfə bir ildən çox olmamaq şərtilə, ümumilikdə üç ilədək möhlət verilə bilər. Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab olunan şəxslər isə hərbi qeydiyyatdan çıxarılır.
Tam azadolma hallarına gəlincə, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almış şəxslər müddətli həqiqi hərbi xidmətdən azad edilirlər. Həmçinin Azərbaycan vətəndaşlığını qəbul edənədək başqa dövlətin qanunvericiliyinə uyğun hərbi xidmət keçmiş şəxslər də bu hüquqdan istifadə edə bilərlər. Ağır cinayət törətdiyinə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər barəsində də çağırış tətbiq edilmir.

Qeyd edək ki, 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliklərindən sonra hərbi xidmətə çağırışla bağlı məsuliyyət mexanizmləri də dəqiqləşdirilib. Yeni tənzimləməyə əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək çağırışdan boyun qaçırma hesab olunur. İlkin hallarda İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən isə qanuni əsas olmadan hərbi xidmətə çağırışdan boyun qaçıran şəxslər iki ilədək azadlıqdan məhrum edilə bilər. Eyni əməl müharibə dövründə törədildikdə cəza üç ildən altı ilədək azadlıqdan məhrumetmə təşkil edir.

Bənzər Xəbərlər

Cəmiyyət

“Son zəng”də bunlar qadağandır- Rəsmi

İyun 10, 2026
Cəmiyyət

Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK

İyun 10, 2026
Cəmiyyət

Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ

İyun 10, 2026
Cəmiyyət

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyun 10, 2026
Cəmiyyət

Azərbaycanda əhalinin gəlirləri artdı

İyun 10, 2026
Cəmiyyət

Azərbaycanda kitabların yarıdan çoxu kiril əlifbasındadır

İyun 10, 2026

XƏBƏR LENTİ

“Son zəng”də bunlar qadağandır- Rəsmi

10 İyun, 26 / 16:03

Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK

10 İyun, 26 / 15:48

Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ

10 İyun, 26 / 15:34

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

10 İyun, 26 / 15:23

Azərbaycanda əhalinin gəlirləri artdı

10 İyun, 26 / 15:12

Körfəz ölkələri döyüş hazırlığına gətirildi

10 İyun, 26 / 14:58

Türkiyə tarixində ilk: İslandiyaya səfir təyin edildi

10 İyun, 26 / 14:41

Azərbaycanda kitabların yarıdan çoxu kiril əlifbasındadır

10 İyun, 26 / 14:26

Kitabxana fondlarındakı kitabların faydalılığı sual altındadır – Adil Kərimli

10 İyun, 26 / 14:12

“Epşteyn işi”ndə yeni detallar: Moda dünyası ilə əlaqəsi üzə çıxdı

10 İyun, 26 / 13:58
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.