Azərbaycanda iyunun 11-də isti hava şəraiti müşahidə olunacaq.
Cagdas.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu və yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz isə 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 faiz, gündüz 45-50 faiz təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçsə də, gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər.Dağlıq ərazilərdə havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 17-22, bəzi yerlərdə isə 25-28 dərəcəyədək yüksələcək.
















