Bakının Nəsimi rayonunun A.S.Puşkin küçəsində (Səməd Vurğun abidəsinin qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmənin yaxınlığı) yolun bir hissəsi çöküb.
Cagdas.az Caliber.az-a istinadən xəbər verir ki, nəticədə ərazidə böyük çuxur yaranıb.
Ərazi artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən hasara alınıb və yolun çökmüş hissəsində təmir işlərinə başlanılacaq.

















