• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.8° Weather Columbus
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Regionda üç cəbhədən “savaş” başladı – Hədəf bir ölkədir

Hədəf bir ölkədir

07 İyun, 26 / 12:04
A A

“Ermənistan seçkilərində “qələbə” Avropa İttifaqı (Aİ) üçün bir neçə kontekstdə əhəmiyyətlidir”.

Referans MEDİA xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O, üç məqamı qeyd edib:

– Gürcüstanda geri düşdükdən sonra Ermənistan üzərindən Cənubi Qafqazda “dayaq nöqtəsi” əldə etmək;

– Avrasiyanın nəqliyyat şəbəkəsində – Orta dəhlizdə mövqelərini qorumaq;

– Yeni beynəlxalq münasibətlər sistemində geosiyasi güc mərkəzi ambisiyalarını saxlamaq.

ABŞ seçkiyə TRİPP (Zəngəzur dəhlizi) başda olmaqla Cənubi Qafqazdakı layihələrinin davamlılığını təmin etmək kontekstində yanaşır və prosesdə təkcə Moskva yox, Brüssellə də rəqabət içində görünür. Hazırda ABŞ və Aİ Paşinyan üzərində uzlaşsalar da, seçkidən sonra Ermənistandakı mövqelər uğrunda rəqabət davam edə bilər”.

Ekspert bildirib ki, Rusiya isə seçkiyə Aİ kimi həlledici məqam kimi yanaşır:

“İki mümkün ssenaridən birinə – Paşinyanın devrilməsi, mümkün olmasa, müxalifətin parlamentdə təmsilçiliyinin artırılması və hakimiyyətə hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək, nail olmağa çalışır. İstədiyini əldə etməmək Rusiyanın regiondakı mövqelərinə ciddi risklər yarada bilər: Paşinyanın mütləq qələbəsi Azərbaycanla sülh müqaviləsinin bağlanması, Türkiyə ilə sərhədlərin və Avropa bazarına çıxışın açılması deməkdir.

Hadisələr bu istiqamətdə inkişaf edərsə, Rusiya Ermənistan üzərində hazırda istifadə etdiyi ən təsirli rıçağını – iqtisadi imkanlarını da tədricən itirəcək və Moskvadan asılılığı azalan rəsmi İrəvan Rusiyanın “qırmızı xətt”inə – 102-ci bazanın çıxarılmasına doğru irəliləyəcək; hərbi bazanın əldə çıxması Rusiya üçün təkcə Ermənistanda yekun məğlubiyyət yox, həm də NATO-nun cənub cinahına qarşı “dayaq nöqtəsi”ni itirmək deməkdir.

Beləliklə, bölgədəki güc balansı tamamilə Rusiyanın əleyhinə dəyişə, Moskvanın “geri dönüş” imkanları aradan qalxa bilər. Bunu anlayan Rusiyanın Paşinyan seçiləcəyi təqdirdə, seçkidən öncə sərgilədiyi kəskin mövqeyi yumlaşdacağı gözləniləndir.

Geosiyasi rəqabət fonunda məğlub olan tərəfin nəticəni tanımaqdan imtina etməsi və qarşıdurmanın olması riski ön plandadır”./Globalinfo.az/

 

Bənzər Xəbərlər

Gündəm

NYT: ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir

İyun 7, 2026
Gündəm

Azərbaycan nefti ucuzlaşıb

İyun 5, 2026
Gündəm

Naxçıvan üçün yeni dövr:: Prezidentin nümayəndəliyi ilə bağlı VACİB QƏRAR

İyun 2, 2026
Gündəm

ABŞ-da Trampa görə qanun dəyişdirilir

May 29, 2026
Gündəm

Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək

May 29, 2026
Gündəm

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpıldı

May 29, 2026

XƏBƏR LENTİ

Köhnə evlərdə yaşayanların diqqətinə: kompensasiya ala bilərsiniz – MƏBLƏĞ

07 İyun, 26 / 12:22

Regionda üç cəbhədən “savaş” başladı – Hədəf bir ölkədir

07 İyun, 26 / 12:04

Çin ordusuna əmr verildi - Hücum başladı

07 İyun, 26 / 11:46

Metro və avtobuslarda gedişhaqqı dəyişir? – Yeni ödəniş sistemi belə olacaq

07 İyun, 26 / 11:28

NYT: ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir

07 İyun, 26 / 11:11

Bank işçiləri ilə bağlı yenilik bu gündən qüvvəyə mindi

07 İyun, 26 / 10:55

ABŞ-nin Bakıya göndərmək istədiyi səfir erməni çıxdı

07 İyun, 26 / 10:38

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR

07 İyun, 26 / 10:21

Fars körfəzində gərgin anlar: Xarq adası yaxınlığında güclü partlayış

07 İyun, 26 / 10:03

Ukrayna kəşfiyyatından səs-küylü ifşa - Rusiya İranla...

 

07 İyun, 26 / 9:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.