• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9628
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Piyadalarla bağlı qanun DƏYİŞƏ bilər – MÜHÜM gəlişmə

10 İyun, 26 / 17:42
A A

Baş Dövlət Yol Polisi İdarəsi son dövrlər sosial şəbəkələrdə yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi paylaşır. Həmin videolar göstərir ki, qəzaların, o cümlədən ölümlə nəticələnən hadisələrin əsas səbəblərindən biri sürücülərlə yanaşı, piyadaların da yol hərəkəti qaydalarını pozmasıdır.

Xüsusilə piyada keçidlərindən və yerüstü keçidlərdən istifadə etməyərək hərəkət hissəsinə qəfil çıxan şəxslər faciəvi nəticələrə səbəb olur.

Bakıda piyadalar üçün dərs: Polis ölüm anlarını göstərdi » AzTürkXəbər  İnformasiya Agentliyi

Məsələnin ən ağrılı tərəfi isə bəzi hallarda piyadanın kobud qayda pozuntusunun sürücünün cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxarmasıdır. Bununla belə, son illərdə məhkəmələrdə əks qərarlar da verilir. Belə ki, piyadanın ölümü ilə nəticələnən yol qəzasına görə təqsirləndirilən Hacıağa Ağayevə Sabunçu Rayon Məhkəməsinin bəraət hökmü verməsi diqqət çəkən nümunələrdən biridir. Bu qərardan əvvəl Nizami və Binəqədi rayon məhkəmələrində də analoji işlər üzrə verilən qərarlar yol-nəqliyyat hadisələrinin hüquqi qiymətləndirilməsində yeni yanaşmanın formalaşdığını göstərir.

Bu fonda sual yaranır: mövcud qanunvericilik piyadaların məsuliyyəti baxımından yetərlidirmi? Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atan piyadalarla bağlı qanunvericiliyin sərtləşdirilməsi və ya yeni mexanizmlərin tətbiqi mümkündürmü?

Cagdas.az xəbər veriri ki Vəkil Ceyhun Yusifov Musavat.com-a bildirib ki, son dövrlər yol qəzaları ilə bağlı verilən bəraət hökmləri təkcə məhkəmə təcrübəsində deyil, ümumilikdə yol hərəkəti mədəniyyətində də mühüm dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, bu qərarlar göstərir ki, yol hərəkətində məsuliyyət yalnız sürücülərin üzərinə düşmür və piyadalar da davranışlarının nəticələrinə görə cavabdehlik daşımalıdır:

“Yol hərəkəti ümumi məsuliyyət tələb edən sahədir. Son məhkəmə qərarları cəmiyyətə mesaj verir ki, qaydaları pozan piyadaların hərəkətləri də hüquqi qiymətləndirilməlidir. Bir şəxsin ehtiyatsız davranışı nəticəsində həm öz həyatı təhlükəyə düşə, həm də günahsız sürücünün taleyi dəyişə bilər. Bu yanaşma sürücülər arasında ədalət hissini gücləndirməklə yanaşı, piyadaları da daha diqqətli olmağa sövq edəcək”.

Ceyhun Yusifovun fəaliyyəti dayandırılıb? - Vəkil təkzib edir, amma... -  Globalinfo.az

Yusifov hesab edir ki, son qərarlar illərdir formalaşmış bəzi yanaşmaların dəyişməsinə səbəb olur.

Onun fikrincə, yol qəzalarından sonra tərəflər arasında yaranan maddi tələblərlə bağlı mübahisələr də daha obyektiv qiymətləndirilməlidir:

“Bəzən sürücü baş verən hadisədən sarsılır, üzərinə düşən mənəvi və maddi məsuliyyəti yerinə yetirməyə çalışır. Lakin elə hallar olur ki, qarşı tərəf reallıqla uzlaşmayan məbləğlər tələb edir. Belə vəziyyətlərdə məsələyə yalnız maddi imkan prizmasından yanaşmaq düzgün deyil. Əgər sürücünün səmimi şəkildə barışmaq istəyi varsa, lakin irəli sürülən tələblər onun imkanlarını aşırsa, bu, avtomatik olaraq onun daha ağır hüquqi nəticələrlə üzləşməsi üçün əsas hesab edilməməlidir”.

Vəkil əlavə edib ki, məhkəmələrin son yanaşması piyadalar üçün də ciddi xəbərdarlıq xarakteri daşıyır: “Qaydaları pozaraq hərəkət hissəsinə qəfil çıxan və ya təhlükəsizlik tələblərinə əməl etməyən piyadanın davranışına hüquqi qiymət verilməlidir. Elə hallar olur ki, sürücünün qəzanın qarşısını alması texniki və fiziki baxımdan mümkün olmur. Belə vəziyyətlərdə bütün məsuliyyətin sürücünün üzərinə qoyulması hüququn əsas prinsipləri ilə uzlaşmır. Bu praktikanın davam etməsi yol hərəkəti iştirakçıları arasında məsuliyyət balansının formalaşmasına və ümumi yol mədəniyyətinin inkişafına xidmət edə bilər”.

Bəs dünya təcrübəsində vəziyyət necədir?

Bir çox ölkələrdə piyadaların qayda pozuntularına görə kifayət qədər sərt tədbirlər tətbiq edilir. Məsələn, Almaniyada piyada keçidindən istifadə etməməyə və ya qırmızı işıqda yolu keçməyə görə cərimələr nəzərdə tutulur. İsveçrə, Avstraliya, Cənubi Koreya və Sinqapurda da analoji qayda pozuntularına görə maliyyə sanksiyaları tətbiq edilir. Bəzi ölkələrdə cərimələrin məbləği sürücülər üçün nəzərdə tutulan bəzi inzibati cəzalardan belə yüksəkdir.

Xüsusilə Birləşmiş Ərəb Əmirliklərində piyadalara münasibətdə daha sərt yanaşma mövcuddur. Yolun müəyyən edilməmiş hissəsindən keçən şəxslər cərimələnir və bu qayda pozuntusu qəzanın baş verməsinə səbəb olarsa, həmin şəxsin həm inzibati, həm də hüquqi məsuliyyəti yarana bilər.

ABŞ-ın məşhur meydanında insident — 13 piyada yaralandı+ Video

Qərb ölkələrinin bir hissəsində isə diqqət yalnız cərimələrə deyil, məsuliyyət bölgüsünə yönəlib. Məsələn, ABŞ və Kanadanın bir çox ştat və əyalətlərində piyada qaydaları pozaraq qəzanın yaranmasına səbəb olarsa, sonradan kompensasiya tələbləri zamanı onun da təqsir payı nəzərə alınır. Başqa sözlə, qəza zamanı piyadanın davranışı hüquqi qiymətləndirmədə mühüm rol oynayır. Bununla yanaşı, bəzi ölkələr fərqli yanaşma seçib. Böyük Britaniya və Niderlandda piyadaların sərbəst hərəkət hüququ daha genişdir. Lakin bu, onların məsuliyyətdən azad edilməsi demək deyil. Qəza baş verdikdə piyadanın hərəkətləri yenə də araşdırılır və hüquqi qiymət verilir. Azərbaycanda son dövrlər piyadaların kobud qayda pozuntuları nəticəsində baş verən qəzalar üzrə məhkəmələrin verdiyi bəraət qərarları da göstərir ki, məsuliyyətin yalnız sürücülərin üzərinə qoyulması yanaşması tədricən dəyişir. Bu isə gələcəkdə piyadaların hüquqi məsuliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələsini daha da aktuallaşdıra bilər.

Bənzər Xəbərlər

Cəmiyyət

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

İyun 10, 2026
Cəmiyyət

Bünövrə mərhələsində mənzil alanlar nə qazanır, nə itirir? – ARAŞDIRMA

İyun 10, 2026
Cəmiyyət

Yaponiya vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

İyun 10, 2026
Cəmiyyət

Tarixi abidənin üstündə restoran açıldı: İcradan REAKSİYA

İyun 10, 2026
Cəmiyyət

Ermənilər daha bir xalq mahnımızı oğurladılar – VİDEO

İyun 10, 2026
Cəmiyyət

Bu sahədə çalışanların maaşları artırıla bilər

İyun 10, 2026

XƏBƏR LENTİ

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

10 İyun, 26 / 20:45

Bünövrə mərhələsində mənzil alanlar nə qazanır, nə itirir? – ARAŞDIRMA

10 İyun, 26 / 20:31

Yaponiya vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

10 İyun, 26 / 18:22

Putin-Paşinyan görüşü nə vaxt olacaq?

10 İyun, 26 / 18:08

İran heç vaxt təslim olmayacaq! – Pezeşkian

10 İyun, 26 / 17:55

Piyadalarla bağlı qanun DƏYİŞƏ bilər – MÜHÜM gəlişmə

10 İyun, 26 / 17:42

Tarixi abidənin üstündə restoran açıldı: İcradan REAKSİYA

10 İyun, 26 / 17:27

Səudiyyə Ərəbistanı ABŞ-a etiraz notası göndərdi

10 İyun, 26 / 17:13

Ermənilər daha bir xalq mahnımızı oğurladılar – VİDEO

10 İyun, 26 / 16:58

Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı – FOTO

10 İyun, 26 / 16:44
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.