• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.4° Weather Columbus
$
1.7
€
1.9632
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? – VACİB AÇIQLAMA

11 İyun, 26 / 15:30
A A

Azərbaycanda pensiya sistemi ilə bağlı müxtəlif təkliflər zaman-zaman ictimai müzakirələrə səbəb olur. Son dövrlərdə gündəmə gələn məsələlərdən biri də yalnız qız övladı olan valideynlərə daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlıdır. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, sosial və ailəvi səbəblərdən bəzi hallarda qız övladları valideynlərinə müntəzəm maddi dəstək göstərməkdə çətinlik çəkə bilirlər.

Bəs yalnız qız övladı olan valideynlər üçün erkən pensiya hüququnun tətbiqi sosial baxımdan nə dərəcədə məqsədəuyğundur?

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu məsələ sosial baxımdan müzakirə edilə bilər, lakin yalnız qız övladı olan valideynlərə erkən pensiya hüququnun verilməsi birmənalı şəkildə düzgün yanaşma sayılmır

Akif Nəsirli: “Azərbaycanın kənd təsərrüfatında əsas problemlərdən biri  yüksək istehsal xərcləridir”

“Müasir dövrdə valideynlərə maddi dəstək göstərmək övladın cinsindən deyil, onun təhsilindən, məşğulluğundan, gəlir səviyyəsindən və ailə vəziyyətindən asılıdır.

Bir çox hallarda qız övladları valideynlərinə oğullar qədər, hətta daha çox dəstək göstərirlər. Ona görə də sosial təminat məsələlərinin övladın cinsinə görə müəyyənləşdirilməsi doğru yanaşma deyil”.

Ekspert qeyd edib ki, pensiya sistemi əsasən əmək fəaliyyəti, sosial sığorta ödənişləri və sosial ehtiyac meyarları üzərində qurulmalıdır:

“Pensiya hüququnun övladların cinsinə görə fərqləndirilməsi gender bərabərliyi prinsipi ilə ziddiyyət yarada və digər ailələr üçün ədalətsiz görünə bilər.

Daha məqsədəuyğun yol maddi vəziyyəti zəif yaşlı insanların, tək yaşayan valideynlərin və sosial müdafiəyə daha çox ehtiyacı olan ailələrin əlavə sosial təminat mexanizmləri vasitəsilə dəstəklənməsidir.

Bu halda yardım ehtiyac əsasında göstərilər və övladların cinsinə bağlı ayrı-seçkilik yaranmaz”.

Ekspert hesab edir ki, sosial müdafiə siyasətində əsas meyar ailənin real ehtiyacları olmalı, güzəştlər isə gender amilinə deyil, sosial vəziyyətə görə müəyyənləşdirilməlidir

Bənzər Xəbərlər

Cəmiyyət

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

İyun 11, 2026
Cəmiyyət

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

İyun 11, 2026
Cəmiyyət

Bu şəxslər pensiyaya 5 il tez çıxa bilər – ŞƏRTLƏR

İyun 11, 2026
Cəmiyyət

DYP-dən köhnə avtomobil sahiblərinə XƏBƏRDARLIQ

İyun 11, 2026
Cəmiyyət

Fermerlər üçün yeni imkanlar yaradılacaq

İyun 11, 2026
Cəmiyyət

Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək

İyun 11, 2026

XƏBƏR LENTİ

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

11 İyun, 26 / 18:09

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

11 İyun, 26 / 17:54

Avropa Birliyi Rusiya, Belarus və İrana qarşı viza siyasətini sərtləşdirəcək 

11 İyun, 26 / 17:45

Bu şəxslər pensiyaya 5 il tez çıxa bilər – ŞƏRTLƏR

11 İyun, 26 / 17:44

Tehrandan kritik qərar: Hörmüz boğazı növbəti xəbərdarlığadək bağlandı

11 İyun, 26 / 17:39

DYP-dən köhnə avtomobil sahiblərinə XƏBƏRDARLIQ

11 İyun, 26 / 17:30

Fermerlər üçün yeni imkanlar yaradılacaq

11 İyun, 26 / 17:21

Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək

11 İyun, 26 / 17:08

Paşinyandan Zəngəzurla bağlı təcili təklif: “Tələbat qarşılanmır”

11 İyun, 26 / 17:07

Geomaqnit aktivlik 12–13 iyunda artacaq

11 İyun, 26 / 17:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.