Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.
Cagdas.az -ın əldə etdiyi məlumata görə, 17 vaqondan ibarət 984 ton dizel yanacağı Biləcəri dəmir yolu stansiyasından yola salınacaq.
Məlumata əsasən, yükün təyinat məntəqəsinə dəmir yolu vasitəsilə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, son dövrlərdə Azərbaycandan Ermənistana neft məhsullarının ixracı davam etdirilir. Bu gün göndəriləcək partiya da həmin tədarüklərin növbəti hissəsini təşkil edir.(modern.az)
















