• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.8° Weather Columbus
$
1.7
€
1.9632
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Aqrar sahədə yeni qanunlar hazırlanır – Nazir detalları açıqladı

11 İyun, 26 / 16:38
A A

Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində yeni qanunların qəbulu nəzərdə tutulur. Hazırlanacaq dəyişikliklər aqrar sahədə fəaliyyətin hüquqi əsaslarının yenilənməsini, torpaq istifadəsinin səmərəliliyinin artırılmasını və fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsini hədəfləyir.

Cagdas.az  xəbər verir ki, bunukənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Nazir bildirib ki, 2025-ci ildə aqrar sektor ölkənin ümumi daxili məhsulunun 5,9 faizini, qeyri-neft ÜDM-in isə 8,3 faizini formalaşdırıb. Onun sözlərinə görə, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatı sahəsində yeni və qısamüddətli proqramın hazırlanmasının vacibliyi vurğulanıb.

Məcnun Məmmədov qeyd edib ki, Dövlət Proqramında ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, yerli istehsalın artırılması, infrastrukturun inkişafı və investorların aqrar sektora cəlb olunması əsas prioritetlər kimi müəyyənləşdirilib.

Nazirin sözlərinə görə, proqram çərçivəsində aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi məqsədilə “Aqrar sahə haqqında” yeni qanunun hazırlanması nəzərdə tutulur:

“Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı ilə bağlı əsas anlayışların vahid hüquqi çərçivədə təsbitinə, dövlət dəstəyi və aqrar xidmət mexanizmlərinin hüquqi əsaslarının formalaşdırılmasına imkan verəcək”.

O əlavə edib ki, balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır. Yeni “Balıqçılıq haqqında” qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək.

Nazir vurğulayıb ki, toxumçuluq sahəsində də beynəlxalq standartlara uyğun islahatlar aparılacaq:

“Yeni qanun çərçivəsində sertifikatlaşdırma və toxum təsnifatı təkmilləşdiriləcək, elektron xidmətlər genişləndiriləcək, özəl sektorun elit toxum istehsalında iştirakı artırılacaq. Eyni zamanda, keyfiyyətsiz toxum dövriyyəsinə qarşı nəzarət gücləndiriləcək”.

Məcnun Məmmədov bildirib ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri də torpaq ehtiyatlarından daha səmərəli istifadədir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Nazirin sözlərinə görə, fermerlərin maliyyə imkanlarının genişləndirilməsi məqsədilə “Məhsul şəhadətnaməsi haqqında” qanunun qəbul edilməsi planlaşdırılır:

“Bu mexanizm anbarlarda saxlanılan məhsulların girov kimi istifadə edilməsinə şərait yaradacaq. Nəticədə fermerlərin dövriyyə vəsaitlərinə çıxışı asanlaşacaq, investisiya imkanları genişlənəcək və maliyyə bazarları ilə əlaqələr güclənəcək”.,(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Paşinyan Karapetyanı məhkəməyə verdi – Səbəb 300 min azərbaycanlı məsələsidir

İyun 11, 2026
Cəmiyyət

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

İyun 11, 2026
Cəmiyyət

Suyun qiyməti dəyişəcək? – RƏSMİ AÇIQLAMA

İyun 11, 2026
Cəmiyyət

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

İyun 11, 2026
Cəmiyyət

Laza kəndində torpaq sürüşməsi

İyun 11, 2026
Cəmiyyət

Bu sahəyə gənc kadrların cəlb olunmalıdır – Deputat

İyun 11, 2026

XƏBƏR LENTİ

Paşinyan Karapetyanı məhkəməyə verdi – Səbəb 300 min azərbaycanlı məsələsidir

11 İyun, 26 / 19:46

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

11 İyun, 26 / 19:07

Suyun qiyməti dəyişəcək? – RƏSMİ AÇIQLAMA

11 İyun, 26 / 18:55

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

11 İyun, 26 / 18:55

Laza kəndində torpaq sürüşməsi

11 İyun, 26 / 18:46

Bu sahəyə gənc kadrların cəlb olunmalıdır – Deputat

11 İyun, 26 / 18:34

Prezident onlara yüksək vəzifə verdi – FOTO

11 İyun, 26 / 18:22

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

11 İyun, 26 / 18:09

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

11 İyun, 26 / 17:54

Avropa Birliyi Rusiya, Belarus və İrana qarşı viza siyasətini sərtləşdirəcək 

11 İyun, 26 / 17:45
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.