• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.7° Weather Columbus
$
1.7
€
1.9632
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Fermerlər üçün yeni imkanlar yaradılacaq

11 İyun, 26 / 17:21
A A

Dövlət Proqramının uğuru yalnız maliyyə və institusional dəstək deyil, həm də müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılması ilə bağlıdır. Bu səbəbdən qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Cagdas.az trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Nazir bildirib ki, aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün “Aqrar sahə haqqında” yeni qanunun hazırlanması nəzərdə tutulur:

“Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaq. Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaq”.

M.Məmmədov vurğulayıb ki, balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur:

“Yeni “Balıqçılıq haqqında” qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Eyni zamanda nəzarətin gücləndirilməsi ilə su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaq”.

Nazir əlavə edib ki, bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatlar nəzərdə tutulur.

“Toxumçuluq haqqında” qanunun beynəlxalq standartlara uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcək. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq”.

Məcnun Məmmədovun sözlərinə görə, Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Nazir bildirib ki, qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcəkd. Pilot layihələrin nəticələrinə əsasən, bu təcrübə genişləndiriləcək, torpaq istifadəsinin səmərəliliyi və istehsal xərclərinin azaldılması dəstəklənəcək.

M.Məmmədov vurğulayıb ki, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün “Məhsul şəhadətnaməsi haqqında” qanunun qəbulu nəzərdə tutulur:

“Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək. Nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqələr güclənəcək və investisiya imkanları genişlənəcək”.

Nazir qeyd edib ki, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan normativ-hüquqi islahatlar aqrar sektorun idarə edilməsinin təkmilləşdirilməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının müasir inkişaf çağırışlarına uyğun şəkildə transformasiyasına mühüm töhfə verəcək.

Bənzər Xəbərlər

Cəmiyyət

Məhərrəm ayı və Aşuranın vaxtı açıqlandı – FƏTVA

İyun 11, 2026
Cəmiyyət

Azərbaycanda ən yüksək maaş bu sahələrdədir – RƏQƏMLƏR

İyun 11, 2026
Cəmiyyət

Quş əti üzrə özünütəminetmə 100 faizə çatdırılacaq – Nazirlik

İyun 11, 2026
Cəmiyyət

Azərbaycanda buğda üzrə özünütəminetmə 66 faizə çatdırılacaq

İyun 11, 2026
Cəmiyyət

Paşinyan Karapetyanı məhkəməyə verdi – Səbəb 300 min azərbaycanlı məsələsidir

İyun 11, 2026
Cəmiyyət

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

İyun 11, 2026

XƏBƏR LENTİ

Məhərrəm ayı və Aşuranın vaxtı açıqlandı – FƏTVA

11 İyun, 26 / 20:33

Azərbaycanda ən yüksək maaş bu sahələrdədir – RƏQƏMLƏR

11 İyun, 26 / 20:19

Quş əti üzrə özünütəminetmə 100 faizə çatdırılacaq – Nazirlik

11 İyun, 26 / 20:08

Azərbaycanda buğda üzrə özünütəminetmə 66 faizə çatdırılacaq

11 İyun, 26 / 19:57

Paşinyan Karapetyanı məhkəməyə verdi – Səbəb 300 min azərbaycanlı məsələsidir

11 İyun, 26 / 19:46

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

11 İyun, 26 / 19:07

Suyun qiyməti dəyişəcək? – RƏSMİ AÇIQLAMA

11 İyun, 26 / 18:55

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

11 İyun, 26 / 18:55

Laza kəndində torpaq sürüşməsi

11 İyun, 26 / 18:46

Bu sahəyə gənc kadrların cəlb olunmalıdır – Deputat

11 İyun, 26 / 18:34
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.