• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
31.5° Weather Columbus
$
1.7
€
1.9632
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda buğda üzrə özünütəminetmə 66 faizə çatdırılacaq

11 İyun, 26 / 19:57
A A

Azərbaycanda buğda istehsalının artırılması və pambıqçılıq klasterinin inkişafı istiqamətində yeni hədəflər müəyyənləşdirilib. Dövlət Proqramı çərçivəsində məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyaların tətbiqi və emal sənayesinin inkişafı əsas prioritetlərdən olacaq.

Cagdas.az  xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Mill Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri mövzusunda bu gün keçirilən ictimai dinləmə zamanı deyib.

Bildirilib ki, Dövlət Proqramında buğda bitkisi üzrə istehsal potensialının gücləndirilməsi nəzərdə tutulur. Hədəfə əsasən, 2025-ci ildə 1 milyon 610 min ton olan buğda istehsalının 2030-cu ilədək 20 faiz artırılması planlaşdırılır.
Eyni zamanda, ixtisaslaşmış rayonlarda məhsuldarlığın hər hektardan 40,3 sentnerdən təxminən 50 sentnerə çatdırılması, ölkənin buğda üzrə özünütəminetmə səviyyəsinin isə 55,4 faizdən 66 faizə yüksəldilməsi nəzərdə tutulur.

Bu məqsədlə yeni sahələrdə müasir suvarma sistemlərinin quraşdırılmasına dəstək veriləcək, kombayn və lazer mala alışının subsidiyalaşdırılması həyata keçiriləcək. Həmçinin lazer hamarlama texnologiyalarının tətbiqi genişləndiriləcək, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və seçilmiş rayonlarda meliorativ tədbirlər görüləcək.

Qeyd olunub ki, həyata keçiriləcək tədbirlər ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, məhsuldarlığın və ümumi istehsalın artmasına xidmət edəcək.

İctimai dinləmədə pambıqçılıq klasterinin inkişafı ilə bağlı hədəflər də açıqlanıb. Proqrama əsasən, 2025-ci ildə 363 min ton olan pambıq istehsalının 2030-cu ilədək 17 faiz artırılması nəzərdə tutulur.

İxtisaslaşmış rayonlarda məhsuldarlığın hər hektardan 36,1 sentnerdən təxminən 50 sentnerə çatdırılması planlaşdırılır. Bununla yanaşı, hazırda 26 min ton olan pambıq emalının (iplik və parça istehsalı) dörd dəfə artırılması və iki yeni emal müəssisəsinin fəaliyyətə başlaması hədəflənir.

Bu istiqamətdə də müasir suvarma sistemlərinin qurulması, yeni kombaynların alınması, lazer hamarlama texnologiyalarının tətbiqi, məhsuldar toxumların istifadəsi və emal müəssisələrinin güzəştli kreditlərlə dəstəklənməsi nəzərdə tutulur.

Bildirilib ki, görüləcək tədbirlər nəticəsində pambıqçılıqda məhsuldarlığın artırılması və emal sənayesinin inkişafı təmin olunacaq.(Modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Avstraliyanın ən kiçik şəhəri satışa çıxarılıb

İyun 11, 2026
Cəmiyyət

“Windows”da rekord sayda təhlükəsizlik boşluğu aşkarlandı

İyun 11, 2026
Cəmiyyət

Bunu görsəniz, qarpız almayın – “təhlükə siqnalı”

İyun 11, 2026
Cəmiyyət

Salyan və Qəbələdə torpaq sahələri birləşdiriləcək

İyun 11, 2026
Cəmiyyət

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

İyun 11, 2026
Cəmiyyət

Məhərrəm ayı və Aşuranın vaxtı açıqlandı – FƏTVA

İyun 11, 2026

XƏBƏR LENTİ

Avstraliyanın ən kiçik şəhəri satışa çıxarılıb

11 İyun, 26 / 22:48

“Qarabağ” braziliyalı ilə yeni müqavilə bağladı

11 İyun, 26 / 22:34

“Windows”da rekord sayda təhlükəsizlik boşluğu aşkarlandı

11 İyun, 26 / 22:20

Bunu görsəniz, qarpız almayın – “təhlükə siqnalı”

11 İyun, 26 / 22:08

Yayda çoxları bu səhvi edir: Kondisioneriniz daha çox enerji “yeyir”

11 İyun, 26 / 21:56

Salyan və Qəbələdə torpaq sahələri birləşdiriləcək

11 İyun, 26 / 21:18

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

11 İyun, 26 / 21:04

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

11 İyun, 26 / 20:47

Məhərrəm ayı və Aşuranın vaxtı açıqlandı – FƏTVA

11 İyun, 26 / 20:33

Azərbaycanda ən yüksək maaş bu sahələrdədir – RƏQƏMLƏR

11 İyun, 26 / 20:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.