• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.5° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Elçibəy Bakını tərk etməzdən əvvəl kimlərlə məsləhətləşib? Dəmirəl elə adlar çəkdi ki… – VİDEO

12 İyun, 26 / 12:37
A A

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin illər əvvəl jurnalist Vahid Mustafayevə verdiyi müsahibədə səsləndirdiyi fikirlər və həmin dövrə dair açıqlamalar Azərbaycan siyasi tarixinin mühüm mərhələlərindən birinə yenidən diqqət çəkib. S.Dəmirəlin sözlərinə görə, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy Ordubad rayonunun Kələki kəndinə getməzdən əvvəl idarəçiliyin o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevə həvalə olunmasının məqsədəuyğunluğu ilə bağlı Türkiyə tərəfinin də rəyini öyrənib və bu addımla bağlı razılıq əldə olunub.

Eyni zamanda, Dəmirəl Bakının həmin dövrdə ciddi siyasi böhran və təhlükəsizlik çətinlikləri ilə üzləşdiyini, bu vəziyyətdən çıxış üçün əsas fiqur kimi Heydər Əliyevin ön plana çıxdığını bildirib. Onun iddiasına görə, bu proseslər zamanı ABŞ ilə də məsləhətləşmələr aparılıb və Türkiyə rəhbərliyi də vəziyyətdən çıxış üçün Heydər Əliyevin liderliyini daha uyğun hesab edib.

Həmin dövrün real siyasi və təhlükəsizlik vəziyyəti, eləcə də bu qərarların regiondakı güc balansına təsiri isə bu gün də müzakirə olunan əsas məsələlərdən biri olaraq qalır.

Cagdas.az -a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycan xalqının iradəsi və tələbi nəticəsində baş tutub:

“Azərbaycan xalqının Ulu Öndərə olan inamı və onu milli lider kimi görməsi bu prosesin reallaşmasını təmin edib. Xalqın dəvəti və israrlı çağırışları nəticəsində Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, çətin vəziyyətdə olan Azərbaycana qayıdaraq ölkəni xilas edib. Məsələnin əsas mahiyyəti bundan ibarətdir. Hansısa xarici ölkədə verilən rəylər isə yalnız təfərrüatdır və ciddi arqument kimi qəbul edilməməlidir.

hikmet babaoglu
Hikmət Babaoğlu

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə xalq artıq onu lider kimi qəbul etmişdi. Dövlətin xilasında yeganə effektiv siyasi lider olduğunu da yaxşı anlayırdı. Nəticə etibarilə xalqın gözləntiləri özünü doğrultdu. Ulu Öndər iyunun 15-də hakimiyyətə gəldi və Azərbaycan parlamentinə sədr seçildikdən dərhal sonra 1993-cü ilin oktyabrında keçirilən seçkilərdə xalqın 90 faizdən çoxunun dəstəyini qazandı. Belə olan halda, xarici dairələrin müxtəlif iddiaları, gizli müzakirələr və ya məsləhətləşmələr əhəmiyyət daşımır. Azərbaycan xalqı qürur hissi keçirir ki, vaxtında düzgün qərar verib”.

Xatırladaq ki, 1993-cü il 4 iyun tarixində Gəncə şəhərində hərbi qiyam baş verib. 709 saylı hərbi hissənin komandiri Surət Hüseynov dövlətə qarşı çıxıb. Nəticədə Azərbaycanda ictimai-siyasi və hərbi vəziyyət daha da gərginləş. Yaranmış hakimiyyət boşluğu nəticəsində prezident Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət edib. Ona hakimiyyətdə yüksək vəzifə tutmasını təklif edib. 1993-cü il 15 iyun tarixində Heydər Əliyev Milli Məclisə sədr seçilib. İyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəy Bakını tərk edərək təyyarə ilə Naxçıvana uçub. O, doğulduğu Kələki kəndinə gedib. Bundan sonra ölkədə referendum keçirilib, Ə.Elçibəyin prezident səlahiyyətinə son qoyulub.(Globalinfo.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Hesablama Palatası büdcə ilə bağlı təkliflər verib

İyun 12, 2026
Cəmiyyət

Qeyri-vergi gəlirləri sürətli artır – Hesablama Palatası

İyun 12, 2026
Cəmiyyət

Büdcə gəlirlərində rekord qeydə alınıb

İyun 12, 2026
Cəmiyyət

Dövlət büdcəsinin 40 faizi bu sahəyə ayrılıb

İyun 12, 2026
Cəmiyyət

Publik hüquqi şəxslərə böyük vəsait ayrılıb – RƏQƏMLƏR

İyun 12, 2026
Cəmiyyət

Azad edilən ərazilərə 4,5 milyard manat ayrılıb

İyun 12, 2026

XƏBƏR LENTİ

Hesablama Palatası büdcə ilə bağlı təkliflər verib

12 İyun, 26 / 16:07

Qeyri-vergi gəlirləri sürətli artır – Hesablama Palatası

12 İyun, 26 / 15:53

Büdcə gəlirlərində rekord qeydə alınıb

12 İyun, 26 / 15:40

Dövlət büdcəsinin 40 faizi bu sahəyə ayrılıb

12 İyun, 26 / 15:26

Publik hüquqi şəxslərə böyük vəsait ayrılıb – RƏQƏMLƏR

12 İyun, 26 / 15:12

Azad edilən ərazilərə 4,5 milyard manat ayrılıb

12 İyun, 26 / 14:58

Dövlət büdcəsinin xərcləri 11,2 milyard manat artıb – Sahil Babayev

12 İyun, 26 / 14:46

Bu rayonlarda ehsan ləğv olunub – SİYAHI

12 İyun, 26 / 14:33

Milli Məclis ötən ilin dövlət büdcəsini müzakirə edir

12 İyun, 26 / 14:19

SON DƏQİQƏ! Prezidentin köməkçiləri rayondadır: Mühüm müşavirə keçirilir — Bu məsələ GÜNDƏMDƏDİR

12 İyun, 26 / 14:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.