“TikTok” platformasında canlı yayımlar edən bir qadın yayımçı cəmi 35 gün ərzində 100 min lirədən çox gəlir əldə etdiyini iddia edərək diqqət mərkəzinə düşüb.
Cagdas.az xəbər verir ki, iddiasını sübut etmək məqsədilə bankomatdan nağd şəkildə pul çıxaran yayımçı, daha sonra həmin vəsaiti videoda nümayiş etdirib. Qısa müddətdə milyonlarla baxış toplayan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Videoda yayımçı pulları evində saxlamadığını vurğulayaraq: “Oğrular sevinməsin, pulları evimdə saxlamıram” – deyə bildirib.
Son illərdə “TikTok”da canlı yayım zamanı izləyicilərin göndərdiyi virtual hədiyyələr bir çox istifadəçi üçün ciddi gəlir mənbəyinə çevrilib. Məhz bu sistem vasitəsilə əldə edildiyi deyilən qazanc sosial şəbəkə istifadəçilərini iki düşərgəyə bölüb.
Bəzi istifadəçilər bunu platformanın yaratdığı yeni qazanc modeli kimi qiymətləndirərkən, digərləri isə yayımçılara pul göndərən izləyiciləri tənqid edib.
Videonun altında ən çox diqqət çəkən rəylərdən biri isə:
“Sadəlövhlər sağ olsun” (orijinal şərhdə: “Enayiler sağ olsun”)
olub.
Qeyd etmək lazımdır ki, yayımçının açıqladığı məbləğin müstəqil şəkildə təsdiqləndiyinə dair məlumat yoxdur və gəlirin həqiqi məbləği ilə bağlı rəsmi təsdiq təqdim edilməyib.(referans media)
















