Rusiya və Ermənistan münasibətləri dəyişən regional reallıqlara uyğunlaşma və yenidən qiymətləndirmə mərhələsinə daxil olub.
Cagdas.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib. Onun sözlərinə görə, Moskva bu işi İrəvanla konstruktiv və qarşılıqlı faydalı şəkildə aparmağa hazırdır.
Diplomat vurğulayıb ki, Rusiya Ermənistanın suveren xarici siyasət yürütmək hüququnu tanıyır.(modern.az)
















