Telekanal bildirib ki, Qətər sənəddə qalan bəzi mübahisəli məqamların, o cümlədən nüvə proqramı ilə bağlı gələcək danışıqların prosedurunun və İslam Respublikasına qarşı sanksiyaların yumşaldılmasının həllinə kömək edib.
Çağdaş.Az mənbələrə istinadən xəbər verir ki, bu həftənin əvvəlində İran rəsmiləri Qətər vasitəçiləri yolu ilə təklif olunan sülh sazişinin son versiyasını ABŞ-a təqdim ediblər.
ABŞ televiziya kanalının məlumatına görə, Qətər İran rəsmiləri ilə görüşlərdə sənəddə qalan bəzi mübahisəli məqamların, o cümlədən nüvə proqramı ilə bağlı gələcək danışıqların prosedurunun və İslam Respublikasına qarşı sanksiyaların yumşaldılmasının həllinə kömək edib.
Cümə axşamı günü ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə danışıqlarda irəliləyiş əldə olunduğu üçün İrana qarşı planlaşdırılan hücumları ləğv etdiyini bildirib.
















