Futbol üzrə 2026-cı il dünya çempionatının Meksikada keçirilən açılış mərasimi maraqlı anlarla yadda qalıb.
Cagdas.az xəbər verir ki, mərasimdə dünyaca məşhur latın amerikalı müğənnilər, tanınmış simalar da iştirak ediblər.
Belinda adlı müğənninin çıxışı zamanı səhnədə göstərdiyi əl işarəsi isə bütün dünyada müzakirələrə səbəb olub. O, iki əlini üçbucaq şəklində birləşdirərək kameraya tutub.
Belindanın bu addımı “illuminati mesajı” kimi dəyərləndirilib. Müğənninin çıxışından əvvəl, hətta fərqli zamanlarda foto, klip, veriliş çəkilişlərində də eyni əl hərəkəti etdiyi və bunun “illuminati” simvolu kimi dəyərləndirildiyi bildirilir.
Sənətçi sözügedən hərəkəti ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Belinda Latın Amerikasının qalmaqalı müğənnilərindən hesab olunur.(Referans Media)
















