ABŞ və İran arasında sülh memorandumu iyunun 14-də İsveçərənin Cenevrə şəhərində imzalana bilər.
Cagdas.az xəbər verir ki, bu barədə Reuters yazır.
Sənədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf tərəfindən imza atılması gözlənilir.
Memorandum layihəsinə əsasən, ABŞ tərəfindən İrana aid dondurulmuş aktivlərin blokdan çıxarılması və neft sektoruna tətbiq olunan sanksiyaların aradan qaldırılması nəzərdə tutulur. Bunun qarşılığında isə İran Hörmüz boğazının açıq qalmasını təmin etməlidir.
Tərəflərin yaxın 60 gün ərzində İranın nüvə proqramı ilə bağlı ayrıca danışıqlar aparacağı da nəzərdə tutulur. (modern.az)
















