İyunun 14-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Cagdas.az Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.


